Messi MLS-də unikal rekorda imza atıb
Bakı, 7 sentyabr, AZƏRTAC
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində unikal rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, argentinalı hücumçu “Atlanta Yunayted”lə ev oyununda (2:2) bir məhsuldar ötürmə edib. Bununla da onun cari mövsümdə qol və assistlərinin ümumi sayı 30-a (18 qol, 12 məhsuldar ötürmə) çatıb.
Ulduz futbolçu MLS tarixində 3 müxtəlif mövsümdə 30 və daha çox qolun vurulmasında birbaşa iştirak edən ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, “Atlanta Yunayted”lə qarşılaşma argentinalı ulduzun milli komandadakı karyerasını başa vurduğunu açıqlamasından sonra keçirdiyi ilk oyun olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:32]
Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıdıblar
- 07.09.2026 [12:41]
Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
- 07.09.2026 [12:02]
Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək
- 07.09.2026 [11:56]
Budapeşt yarımmarafonunda rekord sayda atlet iştirak edib
- 07.09.2026 [11:17]
Mateuş Koxalskinin yeni klubu və “Qarabağ”a ödəniləcək təzminat bəlli olub
- 07.09.2026 [10:46]