Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə gərginlik, Hörmüz böhranı, artan neft və təbii qaz qiymətləri

Yaxın Şərqdə gərginlik, Hörmüz böhranı, artan neft və təbii qaz qiymətləri

Bakı, 7 sentyabr, AZƏRTAC

ABŞ və İran arasında Hörmüz boğazında və digər ərazilərdə üzən gəmilərə qarşı qarşılıqlı hücumlar nəticəsində Yaxın Şərqdən neft tədarükünün uzunmüddətli pozulması ilə bağlı narahatlıqlar artdığından neft qiymətləri yüksəliş tendensiyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin qiyməti ötən həftə 7,8 faiz, “Light” neftinin qiyməti isə təxminən 10 faiz artıb. Bu artım ABŞ və İranın yenidən hücumları və əvvəllər dünya neft tədarükünün beşdəbirinin keçdiyi Hörmüz boğazından neft axınının azalması ilə əlaqədardır. Hörmüz böhranı fonunda neft qiymətləri iyul ayından bəri ən yüksək səviyyədədir.

“Kpler” analitik şirkətinin məlumatına görə, son 10 gündə Hörmüz boğazından sutkada orta hesabla 10 gəmi keçib. Bu, may ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

İran tərəfi isə Hörmüz boğazında dəniz nəqliyyatının idarə olunması ilə bağlı Omanla sazişin bir neçə gün ərzində imzalanacağını açıqlayıb. Sazişdə Hörmüz boğazından müvəqqəti təhlükəsiz marşrutunun təfərrüatlarının yer alacağı bildirilir. Hörmüz boğazında yeni bir dəhlizin yaradılması gözləntisi qiymət artımlarını məhdudlaşdırır. Bəzi treyderlər ABŞ-nin İranın gəmilərin keçə biləcəyi məsələdə söz sahibi olmasını qəbul etməyəcəyinə baxmayaraq, sazişin daha çox tankerin və digər kommersiya gəmisinin boğazdan keçməsinə kömək edəcəyinə inanırlar.

Bundan başqa, “OPEC+” ölkələri bazar günü keçirilən iclasda oktyabr ayı üçün neft hasilatı siyasətini dəyişdirməyib. Qrup növbəti istehsal addımları barədə qərar verməzdən əvvəl yeni kvotaların razılaşdırılmalı olduğunu bildirib. Bu vəziyyət “OPEC+”un qiymətlərə və bazar payına təsirini məhdudlaşdırır.

Avqustdakı iclasda “OPEC+” sentyabr ayı üçün istehsal artımı barədə qərar qəbul edib və 2023-cü il üçün razılaşdırılmış gündəlik 1,65 milyon barel tədarük azalmasını tədricən geri çəkmək prosesini başa çatdırıb. Lakin, istehsal artımı ilə bağlı razılaşmalara baxmayaraq, OPEC üzvləri qrupu və onların müttəfiqləri, o cümlədən Rusiya müharibə səbəbindən hələ də müəyyən edilmiş hədəflərindən xeyli aşağı səviyyədə hasilat həyata keçirir.

Analitiklər bildirirlər ki, ABŞ və İran arasında davam edən gərginliyi göstərən xəbər axını və münaqişələrin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqlar neft qiymətlərinin artmasına təsir göstərir. Son günlərdə bölgədə qarşılıqlı hücumların yenidən intensivləşməsi münaqişənin daha geniş əraziyə yayıla biləcəyi və xüsusilə Hörmüz boğazı vasitəsilə neft daşınmalarına mənfi təsir göstərəcəyi və bununla da qiymətlərin yüksəlməsinə dəstək olacağı ilə bağlı narahatlıqları artırır. ABŞ İranın neft ixracına qarşı dəniz blokadasını və sanksiyalarını davam etdirsə də, Tehranın Hörmüz boğazı ətrafındakı hərbi fəaliyyəti bazarlarda təhlükəsizliyi təmin etmək üçün risklər yaradır.

Ekspertlərin fikrincə, ABŞ və İranın hərbi müdaxilələri fonunda boğazda uzunmüddətli durğunluq ən çox ehtimal olunan ssenari kimi görünür. Bu vəziyyətin Yaxın Şərqdə neft tədarükünün tam bərpasını gecikdirəcəyi qeyd olunur. Bölgədən ixracın 2026-cı ilin qalan hissəsində məhdudlaşacağı və ilin dördüncü rübünün sonuna doğru tədricən yenidən artacağı gözlənilir. Müharibədən əvvəlki neft axını səviyyələrinə isə 2027-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə qədər qayıtması gözlənilmir.

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”a görə, bölgədə dəniz gəmiçiliyinə hücumlar artarsa, “Brent” markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər.

Bütün bu proseslər fonunda Avropada təbii qazın qiyməti həftəyə ABŞ ilə İran arasında gərginlik və enerji təchizatı ilə bağlı artan narahatlıqlar səbəbindən artımla başlayıb. Niderlandın TTF habında təbii qazın qiyməti meqavat/saat üçün 3,3 faiz artaraq 74,35 avroya yüksəlib. Fyuçers müqavilələri üzrə qiymətlər son 3 ilin ən yüksək səviyyəsinə yaxındır. Qiymətin artmasına ABŞ ilə İran arasında gərginliyin artmasının Körfəzdən enerji təchizatını daha da poza biləcəyi ilə bağlı narahatlıqlar təsir edib. Qarşılıqlı hücumların artması, bölgədən LNG daşınmalarının daha da gecikə biləcəyi ilə bağlı narahatlıqları artırır və təbii qaz qiymətlərində yüksəlişi dəstəkləyir.

“Gas Infrastructure Europe”nin məlumatına görə, Avropa ittifaqı ölkələrində təbii qaz anbarlarının doluluq nisbəti 66,6 faizdir. “Köhnə qitə”də anbarların doluluq nisbəti mövsümi orta səviyyədən aşağıdır. Qlobal LNG axınlarındakı fasilələr Avropanın qışdan əvvəl qaz ehtiyatlarını artırmaq səylərini çətinləşdirir.

Aİ Rusiya-Ukrayna müharibəsindən sonrakı enerji böhranını həll etmək üçün noyabrın 1-dək təbii qaz anbarların 90 faizə qədər doldurulmasını tələb edir. Keçən il bazar şərtləri zamanı üzv dövlətlərə hədəfdə çeviklik imkanı verən saxlama qaydalarına dəyişiklik edilib. 90 faiz hədəfinə 1 oktyabr - 1 dekabr tarixləri arasında çatmağa icazə verilib və müəyyən şərtlər altında saxlama obyektləri 80 faizə qədər doldurula bilər.

Analitiklər bildirirlər ki, mövcud temp qorunarsa, anbarların istilik mövsümünün əvvəlinə qədər 70-75 faiz tutuma çata bilər, lakin gələcəkdə əsas problem qazın mövcudluğundan daha çox, onun yüksək qiyməti ilə əldə edilməsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək