Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yalama Aqropark”da milli brendlərin yaradılması istiqamətində iş aparılır VİDEO

Azərbaycanda ilk aqropark olan “Yalama Aqropark”ın yaradılmasından bir il keçir

Xaçmaz, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyev “Yalama Aqropark”a səfər edərək müəssisənin açılışını edib, aqroparkın fəaliyyətinin genişləndirilməsi üzrə tapşırıqlarını verib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113 baş sağmal olmaqla 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı yaradılıb.

Qarşıya qoyulan tapşırığa uyğun olaraq son bir ildə “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Bununla da müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb. Bununla yanaşı, idxal əvəzləyici xarakterə malik soya bitkisinin əkini aparılıb, taxıl və qarğıdalı bitkisinin əkininin həcmi genişləndirilib. Həmçinin aqroparkdakı heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir.

Ölkə üzrə ən böyük heyvandarlıq komplekslərindən biri “Yalama Aqropark”dadır

“Yalama Aqropark” həm təsərrüfatda saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Təsərrüfatda cəmi heyvan sayı 2 min 100 başa bərabərdir. Hazırda Avstriya və Almaniyadan gətirilmiş inəklərdən ikinci laktasiya üzrə balaların alınması davam etdirilir. Həmçinin 300-ə yaxın dişi damazlıq düyələrdən növbəti il balalar alınacaq ki, onlarda sürü üzrə sağmal inək sayının artmasını təmin edəcək.

Hazırda təsərrüfatın istehsal imkanlarının daha da genişləndirilməsi üzərində işlər davam etdirilir. Kompleksdə saxlanılan heyvan sayını artırmaq üçün ilk öncə yem bazasının da buna adekvat şəkildə artırılması tələb olunur ki, artıq bu istiqamətdə işlər uğurla həyata keçirilib. Növbəti dövr üçün hədəf təsərrüfatda əldə edilmiş cins damazlıq düyələrin, eyni zamanda, intensiv seleksiya işi sayəsində heyvandarlıq kompleksindəki ümumi heyvan sayını artırmaqdır. Həmçinin ət istehsalını artırmaq üçün 1000 başlıq yeni kökəltmə fermasının tikintisinə başlanılması üzrə işlər davam etdirilir.

Heyvan sayının artırılması ilə yanaşı, heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq vacibdir. Təsərrüfatda buzov itkiləri 3 faiz, inək itkiləri isə 2 faiz həcmindədir. Bu da standartlara görə heyvandarlıq sahəsi üzrə yaxşı nəticə hesab edilir. İstehsal nəticələrini daha da yaxşılaşdırmaq üçün müəssisədə çalışan yerli mütəxəssislərin təlimlərə göndərilməsi, həmçinin Almaniya və digər inkişaf etmiş ölkələrdən təcrübəli ekspertlərin aqroparka dəvət edilməsi həyata keçirilir.

“Yalama Aqropark” bir il ərzindəki istehsal göstəriciləri

“Yalama Aqropark”da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. Keçən əkin ilində dənlik qarğıdalı əkinində hər hektardan 15,6 ton məhsul yığılıb ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq göstəricisidir. Son bir ilin istehsal nəticələrinə nəzər salınsa müəssisədə 400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca, 170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə silosluq qarğıdalı əkini və 50 hektar sahədə soya əkini aparılıb. Ümumilikdə son 1 ildə 895 ton dən arpa və 1846 ton arpa senajı, 2 min 600 ton yonca senajı və 900 min ton quru yonca otu, 1560 ton dən qarğıdalı və 4325 ton silosluq qarğıdalı istehsal edilib. Hazırda 200 hektar silosluq qarğıdalı sahəsində məhsul yığımı davam edir. Sentyabr ayı ərzində dən arpa və soya yığımı işlərinə başlanacaq. Heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 13 tona bərabərdir.

“Yalama Aqropark”ın ilkin layihəsinə əsasən müəssisədə süd emalı zavodu və intensiv bağçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. Bu istiqamətdə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb. Hazırda müəssisənin bütün resursları yeni əlavə edilmiş 956 hektar sahədə müasir suvarma sistemlərinin qurulması və heyvandarlıq təsərrüfatının istehsal imkanlarının genişləndirilməsinə yönəldilib. Bu layihələrin icrası nəticəsində “Yalama Aqropark”da həm heyvandarlıq, həm də bitkiçilik məhsulları istehsalı həcmində əsaslı artıma nail olunacaq. Bu da icrası planlaşdırılan layihələr üçün əsas və dayanıqlı bünövrə rolunu oynayacaq.

Aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçəcək

“Yalama Aqropark”ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Bu investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, texnika parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilib. Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin birinci mərhələsi üzrə 170 daimi iş yerinin yaradılmasına, illik 4 milyon manat dəyərində təbii süd və 1,5 milyon manat dəyərində bitkiçilik məhsulları istehsalına nail olunub. Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Layihənin ikinci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə investisiya qoyuluşu planlaşdırılır. Bununla da aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçəcək.

“Yalama Aqropark” dünyada və ölkəmizdə kərə yağına artan tələbatın ödənilməsinə öz töhfəsini verəcək

“Yalama Aqropark”da simmental cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlarda südün keyfiyyət göstəricilərinə görə digər südlük cins heyvanlardan fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq edilir. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Aqropark yaxın gələcəkdə süd emalı zavodunun işə salınması ilə süd emalı məhsulları üzrə, həmçinin kərə yağı üzrə artan tələbatın ödənilməsinə öz töhfəsini verəcək.

Yeni meyvə bağları salınır

Layihə üzrə müasir suvarma sistemləri olan dairəvi pivotların arasında suvarılmayan sahələrin intensiv bağçılıq üçün istifadəsi nəzərdə tutulub. Hazırda Yalama ərazisində qurulmuş müasir suvarma sistemləri üzrə intensiv meyvə bağlarının salınması üçün planlaşdırılan sahə 60 hektarı əhatə edir. Müqtədir ərazisində isə müasir suvarma sistemlərinin yaradılması üzrə işlər aparıldığından həmin ərazidə salınacaq meyvə bağlarının sahəsi tam müəyyənləşdirilməyib. Bu ərazidə pivot tipli suvarma sistemləri və ya yeraltı damcı suvarma sistemlərinin tətbiqi ilə bağlı görüşlər keçirilir. Suvarma sistemlərinin qurulması üzrə işlər yekunlaşdıqca meyvə bağlarının salınması işlərinə start veriləcək. İlkin olaraq region üçün xarakterik olan şaftalı, gilas, nektarın və gavalı tinglərinin əkini planlaşdırılır.

İstehsalda geni dəyişilmiş toxum və yem qatqılarından imtina olunub

“Yalama Aqropark”da hazırda təbii süd və kəsimlik diri heyvan satışı həyata keçirilir. Satışlar əsasən ölkəmizdə fəaliyyət göstərən iri süd və ət emalı müəssisələrinə müqavilə əsasında aparılır. İstehsal olunan bitkiçilik məhsulları heyvandarlıq təsərrüfatının yemə olan tələbatının ödənilməsinə xidmət etdiyindən bitkiçilik məhsullarının satışı həyata keçirilmir. Süd satışı sahəsində tərəfdaşlıq edilən bir neçə süd emalı zavodu öz məhsullarını Rusiya və digər xarici ölkə bazarlarına çıxarır. Lakin “Yalama Aqropark” məhsullarının öz brendi olaraq daxili və xarici bazara satışı süd emalı zavodu fəaliyyətə başladıqdan sonra mümkün olacaq. Həmçinin cins damazlıq heyvandarlıq təsərrüfatında yetişdirilən cins düyələrin satışı da nəzərdə tutulur.

“Yalama Aqropark”ın istehsalda geni dəyişilmiş toxum və yem qatqılarından imtina olunub. Bitkiçilik məhsullarının istehsalı prosesində bütün qəbul edilən aqrotexniki qaydalara əməl edilir. Bununla da yüksək məhsuldarlığa nail olmaqla yanaşı torpağın münbitliyinin qorunması və yüksəldilməsinə çalışılır. Həmçinin heyvandarlıq təsərrüfatında heyvanların yemlənməsində heç bir GMO və hormonal tərkibli yemlərdən istifadə edilmir.

Yeni layihələr

Hazırda ölkə başçısının tapşırığı əsasında “Yalama Aqropark”ın istifadəsinə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Daxili drenaj və kollektor sistemləri təmizlənib, ərazi daxili suvarma kanalları bərpa edilib. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmini üçün Su və Meliorasiya Təsərrüfatı İdarəsi ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layihələndirmə işləri aparılır. Əraziyə 2 müxtəlif suvarma mənbəyindən 10 km yaxın beton suvarma kanalının çəkilməsi və 2 ədəd tutumu 50 min kubmetr olan su hovuzunun tikilməsi nəzərdə tutulub. Müasir suvarma sistemlərinin qurulması üçün Valley, Reinke və Lindsay kimi məşhur şirkətlər ilə danışıqlar aparılır.

Hazırda heyvandarlıq kompleksinin tutumunun 1300 baş sağmal inəyə çatdırmaq və Müqtədir ərazisində 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə işləri icra edilir. Heyvandarlığın artan yem tələbatını təmin etmək üçün tutumu 6 min 500 kubmetr olacaq taxıl anbarı və gücü 25 ton olan yeni qurutma sisteminin qurulması üzrə işlər davam etdirilir.

“Yalama Aqropark”da milli brendlərin yaradılması istiqamətində iş aparılır

“Yalama Aqropark” Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə icra edilən aqroparkların yaradılması işləri üçün bir nümunə və ya “brendə” çevrilib. Aqroparkda emal müəssisələri fəaliyyətə başladıqdan sonra milli istehsal brendlərinin yaradılması da mümkün olacaq. Aqroparkın fəaliyyəti regionda yaşayan və fəaliyyət göstərən kiçik və orta kənd təsərrüfatı məhsulları istehsalçıları üçün də əlavə imkanlar yaradıb. Bu əkin ili üzrə heyvandarlıq təsərrüfatının ehtiyacları üçün regionda olan fermer təsərrüfatlarından min tona yaxın dən arpa və 500 ton arpa samanı alışı həyata keçirilib.

“Yalama Aqropark” təkcə kənd təsərrüfatı məhsullarının istehsal ilə deyil, həmçinin ölkədə bu sahə üzrə kadr hazırlığına da öz töhfəsini verir. Ölkədə bu istiqamətdə fəaliyyət göstərən təhsil müəssisələri ilə əməkdaşlıq edilir. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılıb ki, bu da region və digər bölgələrdən olan gənclərə kənd təsərrüfatı üzrə praktik biliklər əldə etmək imkanı verir. Hazırda müəssisədə çalışan 170 işçinin hamısı yerli mütəxəssislərdir. İşçilərin ixtisası üzrə bilik və bacarıqlarının genişləndirilməsi üçün iş aparılır. Keçən bir il ərzində 4 işçi kadr Almaniyada və Türkiyədə 2-3 həftəlik təlimlərdə iştirak edib. Həmçinin 3 alman mütəxəssisin iştirakı ilə aqroparkda 3 həftə ərzində yerli mütəxəssislər üçün təlimlər təşkil edilib.

“Yalama Aqropark” hər bir sahədə brendə çevrilməyi və qeyri-neft sektorunun inkişafına dəstək olmaqla kənd təsərrüfatı üzrə bilik ötürülməsini (knowledge transfer) təmin edən qabaqcıl mərkəz olmağı hədəfləyib.

“Yalama Aqropark”da milli brendlərin yaradılması istiqamətində iş aparılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq