Azərbaycan Dövlət İnformasiya Agentliyi

Satış yarmarka - bal almaq üçün etibarlı və sərfəli məkan REPORTAJ VİDEO

Bakı, 5 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Hər birimiz bal alarkən, ilk növbədə, onun keyfiyyəti ilə maraqlanırıq. Bilmək istəyirik ki, təmiz baldır, yoxsa qarışığı var? Bal seçmək üçün bir sıra üsullar da mövcuddur: qaşığa götürüb süzmək, yandırıb yoxlamaq, dadına baxmaq və s. Lakin bunların heç biri yetərli olmur. Yaxşısı budur ki, Bakıda hər il keçirilən yarmarkaya gedib balı oradan alın. Bu yarmarka keyfiyyətli bal almaq üçün etibarlı məkandır. Çünki yarmarkaya çıxarılan arı məhsulları qabaqcadan Respublika Baytarlıq Laboratoriyasında yoxlanılır.

Arı məhsullarının növbəti satış-yarmarkası oktyabrın 10-da açılacaq. Təqdim olunan bal nümunələri laboratoriyada hərtərəfli yoxlanılır. AZƏRTAC-ın müxbiri yarmarkaya çıxarılacaq balın müayinə prosesini izləmək, eləcə də “aldığım bal keyfiyyətsiz çıxdı” deyə düşünənlərin şübhəsini aradan qaldırmaq üçün Baytarlıq şəhərciyində yerləşən Respublika Baytarlıq Laboratoriyasına baş çəkib.

Laboratoriya təminat verir: bal yarmarkasına yalnız keyfiyyətli məhsullar çıxarılacaq

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyevlə birgə laboratoriyaya daxil olduq. Yarmarka üçün göndərilən arı məhsullarının müayinəsinin son günü olmasına baxmayaraq, Respublika Baytarlıq Laboratoriyasında qızğın iş gedirdi. Arıçıların müxtəlif bölgələrdən gətirdikləri məhsullar müasir qurğularda müayinədən keçirilir, sertifikatlaşdırılır. Fizuli müəllim söhbət zamanı bildirir ki, sentyabrın 19-dan etibarən laboratoriyada iqtisadi rayonlar üzrə kodlaşdırılaraq gətirilən arıçılıq məhsulları analizdən keçirilir. Məqsəd yarmarkaya keyfiyyətli məhsulların çıxarılmasını təmin etməkdir.

Satış yarmarkasına təqdim olunan 130 tonadək balın təxminən 20 tonu çıxdaş edilib

Budəfəki yarmarkaya nə qədər bal çıxarılacağını soruşuruq. Fizuli Quliyev deyir ki, laboratoriyaya 3367 nümunə daxil olub. Anbara təxminən 130 tona yaxın bal təhvil verilib. Bu nümunələrdən 509-u, yəni 20 tona yaxını keyfiyyət standartlarına uyğun gəlməyib və təşkilatçılar bu barədə məlumatlandırılıb. Həmin ballar satışa buraxılmayacaq, yarmarka başa çatana qədər anbarda saxlanılacaq.

Bal nümunəsinin hansı parametrlər üzrə yoxlanıldığı ilə maraqlanırıq. Laboratoriyanın direktoru bildirir ki, müayinə zamanı balda suyun miqdarı, turşuluq, refraksiya, diastaz, invertaz və oksitaz-fosfataz reaksiyası aparılır. Nümunə hər hansı bir göstəriciyə uyğun gəlməsə, o, standarta uyğun olmayan məhsul kimi çıxdaş edilir.

Müsahibim əminliklə vurğulayır ki, yarmarkaya gələnlər aldıqları məhsulun keyfiyyətindən tam arxayın ola bilərlər. Laboratoriya əməkdaşları müayinəni dəqiqliklə aparırlar ki, insanlar aldıqları bala görə peşman olmasınlar.

Yarmarkanın ünvanı: Xətai rayonu, Nobel prospekti, 23

Laboratoriyadan çıxıb Kənd Təsərrüfatı Nazirliyinə yollanırıq. Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevlə görüşüb, yarmarkaya hazırlığın vəziyyəti ilə maraqlanırıq. Şöbə müdiri məlumat verir ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) təşkil olunacaq. İzafi vaxt itkisinə yol verməmək üçün arıçılıq məhsullarının anbara qəbulu əvvəlcədən müəyyənləşdirilən cədvəl əsasında aparılıb - məhsullar iqtisadi rayonlardan müəyyən ardıcıllıqla qəbul olunub.

Satış yerləri püşkatma əsasında müəyyənləşdiriləcək

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası həm paytaxt sakinlərinin keyfiyyətli balla təmin olunması, həm də arıçılığın inkişafı baxımından faydalıdır. Bu barədə danışan şöbə müdiri qeyd edir ki, hazırda hər bir məhsulun istehsalına beynəlxalq təcrübəyə uyğun dəyər zənciri yanaşması tətbiq olunur. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası da bu sahədə tam dəyər zənciri yanaşmasının bariz nümunəsidir. “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il təşkil olunan yarmarka artıq ənənə halını alıb. Növbəti yarmarkaya hazırlıq işləri başa çatmaq üzrədir. Oktyabrın 2-dək, yəni məhsulun qəbul olunduğu son günədək 336 arıçı qeydiyyatdan keçib, onların təqdim etdikləri arı məhsullarından nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Hazırda yarmarka məkanında satış pavilyonları təşkil edilir, qeydiyyat aparılır, səliqə-səhman yaradılır. Yarmarkada peşəkar, yüksəkkeyfiyyətli bal istehsal edən arıçıların iştirakı təmin olunacaq. Oktyabrın 9-da satış yerlərinin püşkatması keçiriləcək. Əvvəlcə iqtisadi rayonlar arasında satış pavilyonundakı yerlərin püşkü atılacaq, sıralama müəyyən olunacaq. Sonra isə iqtisadi rayonlardan gəlmiş arıçıların satış yerinin nömrələri üzrə püşk atılacaq. Burada bütün arıçılar iştirak edəcək və proses tam şəffaf olacaq”, - deyə Q.Əbdüləliyev bildirir.

Onu da öyrəndik ki, anbara yığılan keyfiyyətsiz ballara yarmarka dövründə ciddi nəzarət olunması məqsədilə burada videokameralar və lazer nəzarəti sistemi quraşdırılacaq. Gecələr növbətçilik təşkil ediləcək. Lazer nəzarət sistemi baş verəcək hər dəyişiklik barədə SMS vasitəsilə cavabdeh şəxslərə məlumat ötürəcək.

Yenilik: bal yarmarkasında ilk dəfə mini laboratoriya təşkil olunacaq

Nazirliyin rəsmisi ilk dəfə bu il tətbiq olunacaq yenilikdən də söz açır: “Satış pavilyonunda mini laboratoriya təşkil olunacaq. Yəni, alıcı tam arxayın olmaq istəsə, həmin laboratoriyaya müraciət edərək, balın keyfiyyətini yoxlada bilər. Bu isə alıcıya 5-10 manata başa gələcək”.

Çoxlarını düşündürən daha bir məsələyə gəlincə, yarmarkaya çıxarılan balın qiymətini arıçılar özləri təyin edəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi odur ki, arıçılar əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilsinlər. Arıçının satış üçün əlavə xərc çəkməməsi isə balın qiymətinə təsir edir, o, öz məhsulunu nisbətən ucuz satır. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılacaq balın 1 kilosunun qiymətinin təxminən 20-25 manat arasında olacağı gözlənilir.

Arıçılığın inkişafı istiqamətində ardıcıl və sistemli iş aparılır

Son illər ölkəmizdə arıçılığa artan maraq müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi balın qiymətli ərzaq olduğunu, kənd yerlərində məşğulluğa müsbət təsirini nəzərə alaraq, bu sahənin inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirir, layihələr işlənilir. Artıq müsbət nəticələr göz qabağındadır. Q.Əbdüləliyev bildirir ki, xüsusən bu, damazlıq-seleksiya işlərinin inkişaf etdirilməsində, ana arı yetişdirilməsində nəzərə çarpır. Respublikada ilk dəfə olaraq 2015-ci ildən etibarən iki yerdə - nazirliyin Arıçılıq Mərkəzinin genefon arıxanasında və Qaxda özəl arıxanada süni mayalama yolu ilə ana arı yetişdirilməsi təcrübəsi tətbiq olunur. Bu arıxanalarda Azərbaycan coğrafiyası üçün ən münasib arı cinsi olan Bozdağ Qafqaz arı cinsi yetişdirilir və arıçılara verilir. FAO-nun köməyi ilə Ankara Universitetinin biologiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində Bozdağ Qafqaz arı cinsinin tam genetik xətti ilə bağlı araşdırmalar aparılıb və bu arı cinsinin Azərbaycan ekotipinin tam dəqiq genetik informasiyası əldə edilib. Növbəti addım isə Sarı Qafqaz arı cinsi üzərində də tədqiqatlar aparılması olacaq. Bu cinsin hər ikisi dağətəyi və yüksək dağlıq ərazilər üçün uyğundur.

Şöbə müdirinin sözlərinə görə, aran rayonları üçün hibrid arıların yetişdirilməsi də unudulmayıb. Əsas hədəf coğrafi iqlim şəraitindən asılı olaraq bütün bölgələrdə arıçılığın inkişafına şərait yaratmaqdır. Eyni zamanda, FAO-ya növbəti layihə ilə müraciət olunub. Bu aydan etibarən beynəlxalq ekspertlərin ölkəmizə səfəri və layihə ilə bağlı müzakirələrin aparılması gözlənilir. Həmçinin arıçıların və arı ailələrinin qeydiyyatının, identifikasiyasının aparılması, ekoloji arı məhsullarının istehsalı, qablaşdırılması və marketinqi istiqamətində də lazımi tədbirlər görüləcək.

Satış yarmarka - bal almaq üçün etibarlı və sərfəli məkan REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək