“Azərsu” ASC-nin Xaçmaz regional idarəsi üçün yeni inzibati bina tikilir VİDEO
Xaçmaz, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
“Azərsu” ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasının tikintisi başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti sahəsi 460 kvadratmetr olan ikimərtəbəli inzibati bina şəhərin Bakı prospektində inşa edilir. Hazırda tikilidə son tamamlama işləri görülür.
Binada iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılacaq.
“Azərsu” ASC-nin Xaçmaz regional idarəsinin əməkdaşları aprel ayından etibarən yeni inzibati binada fəaliyyət göstərə biləcək.
Qeyd edək ki, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası da qarşıdakı iki ayda tamamlanacaq.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.