Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub VİDEO

İstanbul, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı, diplomatlar, deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən qüvvələr yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsində ölkələrimiz daim bir-birinin maraqlarını müdafiə edirlər.

Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan Prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib. O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.

Azərbaycan Dostluq Parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən Əli Həsənov diqqətə çatdırıb ki, Xocalı soyqırımı abidəsi millətlər, xalqlar və sivilizasiyalar arasında sülhə, dostluğa, qardaşlığa sədaqətin rəmzidir. “Təcavüzkar Ermənistan dövlətinin antibəşəri vəhşiliyindən fərqli olaraq Azərbaycanın və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını istəyirik. Biz xalqlarımızın təhlükəsizliyi üçün tədbirlər görürük. Biz nəhəng layihələr sayəsində böyük bir coğrafiyada iqtisadi inkişafı gerçəkləşdiririk. Təcavüzkar Ermənistan və erməni millətçi dairələri isə bütün dövrlərdə olduğu kimi, indi də havadarlarına arxalanaraq bölgəyə münaqişə və müharibə, fəlakət və qarşıdurma gətiriblər. Biz azərbaycanlılar isə sülh, dialoq və firavanlıq ovqatı aşılayırıq. Ermənilər vəhşi hərəkətləri ilə, qan tökməklə, ailələri məhv etməklə, bizim xalq isə humanist fəaliyyəti ilə fərqlənir”, - deyə Əli Həsənov qeyd edib.

Böyük şair və dramaturq Hüseyn Cavidin bütün bəşəriyyət üçün örnək olan sülh çağırışlarından misraları xatırladan Prezidentin köməkçisi bildirib ki, ermənilər qan tökməyə, biz isə sülh yaratmağa, birlikdə dostluq şəraitində yaşamağa çağırış edirik və buna çalışırıq.

Çıxışının sonunda “Bağcılar” sözünün kökü barədə fikir və mülahizələrini bölüşən Əli Həsənov artıq reallığa çevrilən bu ideyanın müəlliflərinə, onun həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə yerli sakinlərə dərin təşəkkürünü ifadə edib. O əminliklə qeyd edib ki, Bağcılar rayonunda həyata keçirilən bu əzəmətli layihə qardaş ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağların daha da möhkəmlənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Türkiyədə böyük bir üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq. “Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”, - deyə vali qeyd edib.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal deyib ki, iki qardaş ölkəni eyni tarix, eyni din, eyni mədəniyyət birləşdirir. Mövlud Uysal qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

Açılışı keçirilən Azərbaycan Dostluq Parkı və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin ideya olaraq ortaya çıxması barədə məlumat verən Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulu tərəfindən irəli sürülən bu təklif böyük məmnuniyyətlə qəbul edilib. O qeyd edib ki, Xocalı soyqırımı Türkiyənin də dərdidir. Bu soyqırımına ədalət tələb etmək də, yaddaşlardan silinməməsi üçün tədbirlər görmək də mənəvi borcumuzdur.

Xocalı sakini Səbinə Məhərrəmova 7 yaşı olarkən erməni cəlladlarının vəhşiliyinin şahidi olduğunu qeyd edərək bildirib ki, soyqırımı gecəsi özü və bir qardaşından başqa ailəsinin bütün üzvləri məhv edilib. Soyqırımının dəhşətlərini bir an da olsa unuda bilmədiyini söyləyən Səbinə Məhərrəmovanın kövrək sözləri iştirakçıları duyğulandırıb.

Çıxışlarda saxta “erməni soyqırımı” iddiasının ortaya çıxmasının siyasi səbəbləri, bu əsassız məsələnin Türkiyəyə qarşı təzyiq vasitəsi olması, Çanaqqala zəfəri, 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, 1918-ci ildə Qafqaz İslam Ordusunun rəşadəti sayəsində Bakının qurtuluşu, 1948-1953-cü illərdə Ermənistan ərazisindən soydaşlarımıza qarşı həyata keçirilən deportasiya, o cümlədən sovet hakimiyyətinin süqutu illərində ermənilərin Dağlıq Qarabağa qarşı ortaya atdıqları ərazi iddiaları əsasında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, həmçinin Ermənistanın BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması, bu terrorçu dövlətin böyük bir coğrafiyada sülh və əmin-amanlıq üçün təhlükə mənbəyinə çevrilməsi, eləcə də Suriya ərazisindən Türkiyəyə yaradılan böyük təhlükələrin qarşısının alınmasının vacibliyi barədə fikirlər səslənib. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə, o cümlədən Türkiyənin də istər ölkə daxilində, istərsə də öz dövlət sərhədi boyunca terror risklərini aradan qaldırmağa, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə haqqı var.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.

Sonra iştirakçılar parkda ağac əkiblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İstanbulda Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir