Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sofiyada yad edilib VİDEO

Sofiya, 27 fevral, AZƏRTAC

Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Səfir Azərbaycanın Xocalı şəhərində 1992-ci il fevral ayının 26-da Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımının törədildiyini vurğulayıb. 1991-ci ilin oktyabrından etibarən şəhərin tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındığını və yeganə əlaqə vasitəsinin helikopterlər olduğunu söyləyən diplomat 1992-ci ilin 28 yanvar tarixində ermənilərin Ağdamdan Şuşaya uçan mülki helikopteri vurması nəticəsində 40 nəfərin həlak olduğunu və yeganə hava yolunun bağlandığını bildirib. Hava və quru yollarının bağlanması ilə Xocalının təcrid olunduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin intensiv atəş və bombardmanının ardınca şəhərə hücum edərək işğal etdiyini söyləyən N.Qurbanova iştirakçıların Xocalı şahidlərinin inanılmaz əziyyətlərə məruz qalmaları barədə fikirlərini dinləyəcəyi halda damarlarında qanlarının donacağını qeyd edib. Soyuq qış gecəsində Xocalının aciz sakinlərinin şəhərdən qaçmağa və 16 kilometr məsafədə yerləşən, Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi olan Ağdamda sığınacaq axtarmağa çalışdıqlarını bildirən səfir çoxu ayaqyalın olmaqla onların meşə və dağlıq ərazilərdən keçmək məcburiyyətində qaldıqlarını vurğulayıb. Qaçan insanların pusquya düşürüldüyünü, erməni əsgərləri tərəfindən atəş açılmaqla öldürüldüyünü, ya da əsir götürüldüyünü qeyd edən N.Qurbanova bir çox qadın və uşağın donaraq həlak olduğunu, yalnız bir neçə nəfərin Ağdam şəhərinə çata bildiyini diqqətə çatdırıb.

Xocalının işğalı zaman törədilən dəhşətli insan haqları pozuntularının “Memorial” hüquq müdafiə mərkəzi (Rusiya) və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyini ifadə edən səfir Xocalıda 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 nəfərin yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən vəhşicəsinə və amansızcasına öldürdüyünü, 487 nəfərin isə yaralandığını qeyd edib. Bundan əlavə, Xocalıda 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən 56 nəfərin ifrat qəddarlıqla qətlə yetirildiyi barədə tədbir iştirakçılarına məlumat verilib.

Diplomat erməni təbliğatının beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi cəhdlərə, əsassız və qeyri-qanuni separatçılıq tələblərini “dinc səylər” kimi təqdim etmək niyyətinə baxmayaraq, Ermənistanın bu zülmdə birbaşa iştirakının Azərbaycan torpaqlarının zorla işğal olunmasına və bu ərazilərdə etnik baxımdan homogen bölgələr yaradılmasına yönəldiyinin açıq sübutu olduğunu bildirib. Xocalı qırğınının erməni millətçilərinin azərbaycanlılara qarşı bir əsrlik nifrət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan N.Qurbanova XX əsr ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən faciələrdən biri kimi 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə erməni daşnakların Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran bölgələrində 50 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirilməsi ilə nəticələnmiş 1918-ci il soyqırımını, eləcə də 1992-ci ildə Malıbəyli, Quşçular və Qaradağlı kəndlərində törədilən vəhşilikləri də xatırladıb və bu il 1918-ci il soyqırımının 100-cü ildönümünün qeyd ediləcəyini vurğulayıb. Səfir təəssüf hissi ilə hər bir azərbaycanlının ürəyində kədərli bir ağrı olaraq qalan Xocalı soyqırımının icraçılarının hələ də cəzasız qaldığını, cinayətkarların ədalətə təslim edilməli olduğunu və bunun bəşəriyyətin Xocalıda qəddar şəkildə öldürülənlərin xatirəsinə mənəvi borcu olduğunu qeyd edib. Xocalı soyqırımının silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının və qanunun aliliyinin təmin edilməsinin vacibliyinin faciəvi və dəhşətli göstəricisi olduğunu diqqətə çatdıran səfir mülki müdafiənin təmin edilməsinin beynəlxalq humanitar hüquq və insan hüquqlarına hörmət etməyi tələb etdiyini, münaqişə zamanı isə qeyd olunan hüquq pozuntularının qarşısının alınması və cavab verilməsi üçün ciddi səylərin tələb olduğunu vurğulayıb. Ədalət və insan qüruruna, hüquq və azadlıqlara hörmətsizlik olan halda uzunmüddətli və davamlı sülhün mümkün olmadığını qeyd edən səfir Xocalıda törədilən cinayətlərin cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhün əldə olunmasına maneə olduğunu qeyd edib. O, bu cəzasızlığa son verilməsinin münaqişə tərəfləri və günahkarların məsuliyyətinin müəyyən edilməsi və davamlı sülhün təmin edilməsi üçün vacib olduğunu diqqətə çatdırıb. Daha sonra səfir illər ərzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair beynəlxalq ictimaiyyət arasında qlobal məlumatlığın artmasından danışıb və hazırda Azərbaycanın dünyadakı dostlarının Xocalı soyqırımının qınanmasına qoşulduqlarını bildirərək öz prinsipial mövqelərini nümayiş etdirdikləri üçün onlara təşəkkürünü çatdırıb.

Səfir N.Qurbanovanın çıxışından sonra mərasim musiqili kompozisiya ilə davam etdirilib. Konsert proqramında məşhur bolqar bəstəkarı, pianoçu və xor dirijoru akademik Kiril Lambov və xanım Lyudmila Gerovanın direktoru olduğu Aleko Konstantinov adına kitabxananın qadın xoru tərəfindən idarə olunan “Nadejda” Bələdiyyəsi Mədəniyyət Mərkəzinin “Sofiya Sinfonietta” orkestri tərəfindən klassik musiqi bəstələrinin seçmələrinə yer verilib. Konsertdə, həmçinin K.Lambov tərəfindən bəstələnmiş “Qarabağ uşaqlarının anaları” odası səsləndirilib.

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sofiyada yad edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur