CƏMİYYƏT
İranın turizm şirkətlərinin instaqram səhifələrində Bakı haqqında videoçarx yerləşdirilib VİDEO
Tehran, 26 yanvar AZƏRTAC
İranda fəaliyyət göstərən “Oai Travel”, “Safiran Tour” və “Qəsr Travel” turizm şirkətlərinin instaqram platformasında Bakı haqqında videoçarx yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, videoçarxda Bakı şəhəri ilə yanaşı, Azərbaycanın gəzməli və görməli yerləri əks olunub. Videoçarx izləyicilər tərəfindən maraqla qarşılanıb. “Qəsr Travel” şirkətinin instaqram səhifəsində yerləşdirilən videoçarxa yanvarın 12-dən bu günə kimi 4 mindən çox izləyici baxıb.
Diqqətə çatdıraq ki, İranın turizm şirkətləri qarşıdan gələn Novruz bayramı tətillərinə ciddi hazırlıq işləri görürlər. İran turistlərinin Bakıya səfərlərini təşkil etmək bu şirkətlər üçün prioritetdir. Bakının gözəlliyi və azərbaycanlıların qonaqpərvərliyi İran turistlərinin nəzərindən qaçmayıb. Odur ki, Bakıya səfər etmək istəyənlərin sayı artır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran