Dünya Kuboku: Yaponiyalı kişi batutçular sinxron proqramda birinciliyi əldə ediblər VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Yaponiyalı gimnastlar Daiki Kişi və Ryosuke Sakai Bakıda keçirilən Dünya Kuboku yarışlarında kişi batutçuların sinxron proqramında qalib gəliblər.
AZƏRTAC xəbər verir ki, Yaponiya təmsilçiləri 52,430 xalla dünya kuboku yarışlarının qızıl medalına sahib olublar.
Belaruslu Vladislav Xançarov və Oleq Rabtsov 52,280 xalla ikinci, ABŞ gimnastları Kodi Qesuelli və İsak Rovley 50,300 xalla üçüncü pillədə qərarlaşıblar.