Xaçmaz Olimpiya İdman Kompleksində 200-ə yaxın yeniyetmə güləşçi mübarizəyə qoşulub VİDEO
Xaçmaz, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışların zona mərhələsində 14 komandanın tərkibində 200-ə yaxın idmançı mübarizə aparır.
Sumqayıt, Quba, Xaçmaz, Şabran, Siyəzən (iki komanda), Xızı, Şuşa, Şamaxı, Qobustan, Balakən, Zaqatala, Qax və Qəbələ kollektivlərinin iştirak etdiyi birincilik Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
İki gün davam edəcək yarışda güləşçilər 11 çəki dərəcəsi üzrə mübarizə aparırlar.
Zona mərhələsində qalib gələn idmançılar final mərhələsinə vəsiqə qazanacaqlar.