İDMAN
“Barselona” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, aprelin 16-da Kataloniya klubu doğma meydanda “Mançester Yunayted”i 3:0 hesab ilə məğlub edib. Ernesto Valverdenin yetirmələri bununla da Avropa qitəsinin ən nüfuzlu klub turnirində doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıblar. Bu isə UEFA Çempionlar Liqasında rekord göstəricidir.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasında sonuncu ev məğlubiyyətini 2013-cü ildə alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]