İDMAN
EYOF 2019-da velosiped idmanı üzrə qızlar arasında qrup yarışlarına start verilib VİDEO












Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də XV Avropa Yay Gənclər İdman Festivalı (EYOF Bakı 2019) çərçivəsində velosiped idmanı üzrə qızlar arasında qrup yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, medallar uğrunda 30-dan çox ölkədən 75 idmançı mübarizə aparır.
Yarışlarda ölkəmizi Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil edirlər.
Xatırladaq ki, iyulun 23-də fərdi şose yürüşü keçirilib. Qızlar arasında yarışın yekunlarına görə, Zoe Bakstedt (Böyük Britaniya) qızıl, Alena İvançenko (Rusiya) gümüş, Laura Sander Lizette (Estoniya) bürünc medallar qazanıblar.
Həmin yarışda Azərbaycanı təmsil edən qızlardan Lalə Əbdürrəhmanova 65-ci, Məleykə İsgəndərova 70-ci, Gülşən İsmayılova 72-ci yeri tutublar.