Vüqar Talıbov Avropa Gənclər Olimpiya Festivalının gümüş medalını qazanıb VİDEO
Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycan cüdoçusu Vüqar Talıbov XV Avropa Gənclər Olimpiya Festivalının gümüş medalına sahib olub.
AZƏRTAC xəbər verir ki, idmançımız 73 kiloqram çəki dərəcəsində yarışın finalında italiyalı Luici Sentraçioya uduzub.
Mübarizəyə səkkizdəbir finaldan başlayan V.Talıbov əvvəlcə Dzianis Yauseyenkanı (Belarus), sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala çıxıb. O, yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəkə ipponla qalib gəlib.
Bu çəki dərəcəsində bürünc medalları portuqaliyalı Rodriqo Piresi məğlub edən hollandiyalı Yelle Van Teiylingen və Musa Şimşəkə qalib gələn serbiyalı Aleksandar Rayiçiç qazanıblar.