Qız basketbolçuların yarışında Rusiya seçməsi üçüncü yeri tutub VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında üçüncü yer uğrunda görüşdə Rusiya və Çexiya komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunda Rusiya seçməsi 53:43 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Qızların yarışında 7-8-ci yerlər uğrunda Avropa Azərbaycan Məktəbində keçirilən digər qarşılaşmada Polşa yığması Türkiyə yığmasına 71:65 hesabı ilə qələbə qazanıb.
Hazırda qızların yarışında çempion adı uğrunda Macarıstan və Fransa, oğlanların mübarizəsində isə 7-8-ci yerlər uğrunda Azərbaycan və Xorvatiya komandaları qarşılaşırlar.
“EYOF Bakı 2019”un basketbol yarışları “Sərhədçi” İdman Olimpiya Mərkəzində və Avropa Azərbaycan Məktəbində keçirilir.