REGİONLAR
Qubada oğurluq edən Sumqayıt sakinləri saxlanılıb VİDEO
Quba, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazidə icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.
Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [22:03]
Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub
- 21.05.2024 [19:03]
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 21.05.2024 [16:17]
Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb
- 21.05.2024 [15:28]
Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir
- 21.05.2024 [13:33]