“157” zəng mərkəzi yeni platformaya keçirilib
Məlumat Hesablama Mərkəzinin (MHM) “157” zəng mərkəzi yeni platformaya keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, artıq zəng mərkəzində “Elektron hökumət” portalı, “E-imza” sertifikatları ilə əlaqədar, həmçinin “AzDataCom”, rabitə və kommunal xidmət borcları, “Milli ön”, “Qoldenpay”, “Easypay” vasitəsilə aparılan ödənişlərlə bağlı suallar da cavablandırılır.
Qeyd edək ki, MHM yeni proqram təminatı ilə də təchiz olunub. Vətəndaşlar sual və müraciətlərini MHM-in ”Facebook” səhifəsinə, skype və elektron poçt ünvanlarına da göndərirlər. Onların müraciətləri operativ araşdırılır, müvafiq tədbirlər görülür və bu barədə məlumatlandırılırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]