Nur-Sultanda "Türk dünyası: Tarixi - mədəni İrs" mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO
Nur-Sultan, 8 yanvar, AZƏRTAC
Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilmiş "Türk dünyası: Tarixi - mədəni İrs" adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən çox ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda, Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri və səfirlər, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
Konfransda tədbirin əhəmiyyətindən bəhs olunub, türk dünyasının gündəmində olan bir sıra məsələlərlə bağlı fikirlər səsləndirilib. Həmçinin türkdilli xalqların həmrəyliyinin daha da möhkəmləndirilməsinin önəmindən bəhs olunub, türk dövlətçilik tarixi barədə məruzələr dinlənilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan