İDMAN


Millimizin üç oyun üçün heyəti açıqlanıb

Bakı, 28 avqust, AZƏRTAC

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, üç gün sonra İrlandiya, ayın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətə Aydın Bayramov (“Sumqayıt”), Mehti Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev, Maksim Medvedev, Bəhlul Mustafazadə (hər üçü “Qarabağ”), Azər Salahlı (“Keşlə”), Təmkin Xəlilzadə (“Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Sərtan Taşkın (“Zirə”), Abbas Hüseynov, Toral Bayramov (hər ikisi “Qarabağ”), Anton Krivotsyuk (“Wisla Plock”, Polşa), İsmayıl İbrahimli, Qara Qarayev (hər ikisi “Qarabağ”), Anatoli Nuriyev

(“Kolos Kovalivka”, Ukrayna), Filip Ozobiç (“Qarabağ”), Vüqar Mustafayev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Rəhim Sadıxov (“Sumqayıt”), Mahir Emreli (“Legia Warszawa”, Polşa), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”),

Ramil Şeydayev (“Qarabağ”) və Rüstəm Əhmədzadə (“Minaj”, Ukrayna) dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.