Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid təyyarələrin Bosfor boğazı üzərindən uçuşunun görüntüləri yayımlanıb VİDEO
İstanbul, 22 sentyabr, AZƏRTAC
Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid qırıcı təyyarələrin Bosfor boğazı üzərindən birgə uçuşunun videogörüntüləri qardaş ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “MİQ-29” qırıcı təyyarələrinin cəlb edildiyi bu nümayiş sentyabrın 21-də İstanbulda açılan “Teknofest” sərgisindən əvvəl təşkil olunan salamlama uçuşu çərçivəsində baş tutub.
“Teknofest” sərgisi sentyabrın 26-dək davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul