Daxili İşlər Nazirliyinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazirliyin rəhbər vəzifəli digər əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.