SİYASƏT
Süleyman Dəmirəlin Baş müşaviri: ulu öndər Heydər Əliyev Qarabağın azad ediləcəyinə ürəkdən inanırdıVİDEO
Ankara, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev dünya siyasətini olduqca mükəmməl bilirdi. Azərbaycanın bugünkü uğurlarının təməlində dahi Liderin müəyyənləşdirdiyi strategiya dayanır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Prezidentinin Baş müşaviri, eləcə də Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin siyasi hakimiyyəti dövründə eyni vəzifədə çalışan İlnur Çevik ifadə edib.
Ümummilli lider Heydər Əliyevin dünyaşöhrətli siyasi xadim olduğunu, beynəlxalq münasibətləri dərindən bildiyini, Türkiyəyə və doğma xalqına çox etibar etdiyini, Azərbaycanı sonsuz məhəbbətlə sevdiyini, Qarabağın dahi şəxsiyyət üçün Vətən torpağının ayrılmaz parçası olduğunu və işğaldan azad ediləcəyinə ürəkdən inandığını diqqətə çatdıran Türkiyə Prezidentinin Baş müşaviri deyib: “Süleyman Dəmirəlin müşaviri və Heydər Əliyevin dostu olduğum üçün xüsusi görüşlərdə mən də iştirak edirdim. Ulu öndər Heydər Əliyev və Süleyman Dəmirəl dövlətlərimizin müstəqilliyi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə böyük səylər göstəriblər. Heydər Əliyev olmasaydı, Azərbaycan çox çətin günlər yaşayacaqdı”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara