Azərbaycan Dövlət İnformasiya Agentliyi

1993-cü ilin 15 iyunu - Azərbaycan xalqının QURTULUŞ tarixi

1993-cü ilin 15 iyunu - Azərbaycan xalqının QURTULUŞ tarixi

Naxçıvan, 15 iyun, AZƏRTAC

Xalqımızın yetirdiyi nadir şəxsiyyət, müdrik dövlət xadimi

Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərin adı Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verib. Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il Ümummilli Liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan dövlət xadimidir.

Azərbaycanın XX əsr tarixinin 60-cı illərindən başlayan dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. XX yüzilliyin 60-cı illərinin sonunda dahi şəxsiyyət Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlayıb. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ o zaman qurulub. 1970-1985-ci illərdə, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, milli iqtisadiyyatın əsası qoyulub. 213 iri sənaye müəssisəsi işə salınıb, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş ittifaqda aparıcı yerlərdən birini tutub. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilib. Müstəqillik dövründə Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi, zəruri sosial-iqtisadi potensial məhz Ulu Öndərin respublikamıza 1969-1982-ci illərdə rəhbərliyi dövründə göstərdiyi misilsiz dövlətçilik fəaliyyətinin nəticəsidir.

Dahi şəxsiyyət Vətəni və xalqı naminə ən təhlükəli addımları belə, inamla atıb. 1987-ci ildə Moskvada olarkən təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirib. Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmayıb. O, 1990-cı il iyulun 20-də Bakıya gəlib. Lakin burada - vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra iyulun 22-də doğma Naxçıvana qayıdıb və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib.

Ulu Öndər 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyinin bərpası
istiqamətində tarixi qərarlar qəbul edib

Böyük şəxsiyyət hələ 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoyub. Ümummilli Liderimizin muxtar respublikamızda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda mühüm rol oynayıb. Bu həmin dövr idi ki, ermənilərin Azərbaycana qarşı təcavüzünün 1988-ci ildə başlanan son mərhələsi coğrafi cəhətdən ana vətəndən ayrı düşmüş Naxçıvanın blokadaya salınmasına səbəb olub, nəticədə, 1990-cı ildə ölkəmizin digər əraziləri ilə hava nəqliyyatı istisna olmaqla, bütün kommunikasiya əlaqələri kəsilib, Naxçıvan böyük təhlükələr ilə üz-üzə qalıb. Belə çətin bir zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin reallığa çevrilməsi üçün Ulu Öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul edib. Sovet İttifaqının saxlanılması üçün qanunsuz referendum muxtar respublikada keçirilməyib, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə Ümummilli Liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olub.

Böyük şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülüb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edib, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılıb. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Çünki 1990-1993-cü illərdə Azərbaycanda baş verən hadisələr onu göstərib ki, ölkəmizin nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti ölkəmizi dərin böhrana sürükləmişdi. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəyirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanıb, qardaş qanı tökülüb. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət bildirib. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı.

Görkəmli dövlət xadimi ölkəmizi xaosdan, parçalanmaqdan, yox olmaqdan xilas etdi

1992-ci ildə ölkəmiz artıq müstəqil dövlət olsa da, respublikada gedən hakimiyyət çarpışmaları ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinə şərait yaradıb, Şuşanın və Laçının asanlıqla işğalına səbəb olub. Bu dövrdə erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlasa da, Naxçıvanda xalqla rəhbərin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlamağa kömək edib.

Xalqın böyük təkidli tələbi ilə, respublikada yaranmış böhranlı şərait, hakimiyyətsizlik və özbaşınalıq, ölkəmizin müstəqilliyi üçün real təhlükənin yaranması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtmasını zəruri edib. Tarixə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. Azərbaycan parlamentinin iclasındakı çıxışında Ulu Öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab edərək deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.

Yüksəlişə doğru

1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf edib. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılıb, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılıb, vətəndaş həmrəyliyi bərpa olunub. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılıb. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlayıb, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilib. Dünya Azərbaycanlılarının qurultayları milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirib.

Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində əbədi yer tutdu.

Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutub.

Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşdan başlanan böyük inkişaf yolu keçib

Muxtar respublika da Milli Qurtuluşdan başlanan böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanı daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar ötən tarixi dövr ərzində muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bütün bunların nəticəsi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Artıq Naxçıvanda ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunub. Bir zamanlar istehsalın əksər sahələrində idxaldan asılı olan muxtar respublika indi ixracatçıya çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bu qədim yurd yerinin inkişafına yüksək dəyər verərək deyib: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir. ...Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.

Qurtuluşun işığında müasirləşən şəhərlər, kəndlər, yaradılan infrastruktur Naxçıvanı Azərbaycanın ən gözəl, həm də ən çox turistin üz tutduğu diyarına çevirib. Muxtar respublikada sabitlik hökm sürür, sərhədlərimiz qorunur, torpaqlarımız etibarlı müdafiə olunur. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin hərbi əməliyyatları “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb. Bu torpaqlar artıq əkin dövriyyəsinə qatılıb, zəhmətkeş insanlar tərəfindən əkilib. Burada suvarma üçün müasir qurğular yaradılıb.

Muxtar respublikada şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Buna səbəb yaradılan müasir yol infrastrukturu, yurd yerlərimizin abadlaşması, ən ucqar kəndlərimizdə belə, əhalinin müasir texnologiyalardan istifadə etməsi olub. Naxçıvanda məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Həyata keçirilən uğurlu ekoloji siyasət nəticəsində bu gün diyarımızda yaşıllıqların sahəsi 20 faizə qədər artırılıb. Naxçıvanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənc nəslin təhsil və tərbiyəsi qayğısına qalınır. Bu gün naxçıvanlı gənclər peşəkar mütəxəssis, ən əsası isə Vətənə və dövlətçiliyə bağlı əsl vətəndaş kimi yetişməkdədir. Təbii ki, bunların hamısı Milli Qurtuluş Gününün bəhrələridir.

Müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə Ulu Öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib