2003-CÜ İLDƏ DÜNYADA 42 JURNALİST HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS agentliyinə istinadla verdiyi xəbərə görə, 2003-cü ildə dünyada 42 jurnalist qətlə yetirilmiş, 766 jurnalist həbs olunmuş və azı 1460 jurnalist hücumlara, yaxud hədələrə məruz qalmışdır. Bunu YUNESKO-nun himayəsi ilə Dünya mətbuat azadlığı gününə həsr olunmuş ikigünlük beynəlxalq konfransda Cənub-Şərqi Avropada Sabitlik Paktının nümayəndəsi Elizabet Ren elan etmişdir.
O bildirmişdir ki, qətlə yetirilmiş jurnalistlərin çoxu “totalitar rejimlərə qorxu törədirdi, yaxud “korrupsiya faktlarını araşdırırdı” ki, bu da onları cinayətkar qruplaşmalar üçün təhlükəli edirdi. Elizabet Ren demişdir ki, əsas etibarilə insan orqanları ilə alverdən, silah və narkotik vasitələr qaçaqmalçılığından yazan jurnalistlər zərər çəkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]