2004-CÜ İLDƏ İSPANİYAYA REKORD MİQDARDA TURİST GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gözəl təbiəti, sahil çimərlikləri və turizm üçün yaradılmış əlverişli şərait son zamanlar turistlərin İspaniyaya marağını artırmışdır. Elə bunun nəticəsidir ki, 2004-cü ildə ölkəyə rekord sayda - 53,6 milyon xarici turist gəlmişdir. Bu isə əvvəlki illə müqayisədə 3,4 faiz çoxdur.
Ötən il İspaniyaya gəlmiş xarici turistlər arasında artım Böyük Britaniyanın (2,9 faiz) və Almaniyanın (2,7 faiz) payına düşmüşdür. Fransadan bu ölkəyə gələnlərin sayı isə 2 faiz azalmışdır.
İspaniyaya gələn turistlər, Madridlə yanaşı, ölkənin daha cəlbedici və mənzərəli, tarixi abidələrlə zəngin Katalan, Kanarie arxipelağına və Əndəlisə səyahətə üstünlük vermişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.10.2026 [16:33]
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
- 22.10.2026 [15:05]
Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
- 22.10.2026 [11:36]
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
- 22.10.2026 [11:04]
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib VİDEO
- 21.10.2026 [18:19]
Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
- 21.10.2026 [16:06]