2023/2024-cü tədris ilində BDU-ya 159 əcnəbi tələbə qəbul olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinə (BDU) 2023/2024-cü tədris ilində 159 əcnəbi tələbə qəbul edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, həmin tələbələrdən 66-sı hazırlıq sektoruna, 7-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub. 18 nəfər isə Hökumətlərarası Təqaüd Proqramı ilə BDU-da təhsil almaq haqqı qazanıb.
On bir ölkəni (ABŞ, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna) təmsil edən əcnəbi tələbələr əsasən psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, dövlət və ictimai münasibətlər, iqtisadiyyat, jurnalistika, informasiya təhlükəsizliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarına üstünlük veriblər.
Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]