20 Yanvar – azadlıq uğrunda mübarizəmizin qanla yazılmış tarixidir
Kürdəmir, 17 yanvar (AZƏRTAC). Kürdəmir rayonu ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərbəst inşa yazı müsabiqəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məktəblilər inşa yazı müsabiqəsində təqdim edilmiş “20 Yanvar - xalqımızın qanlı faciəsidir”, “20 Yanvar - şanlı tariximizin qanla yazılmış səhifəsidir”, “20 Yanvar şəhidləri - azadlıq carçılarıdır”, “Unutmayaq ki, unudulmayaq” mövzularından sərbəst olaraq istədiklərini seçmişlər.
Müsabiqəyə təqdim olunmuş inşa yazıları komissiya tərəfindən diqqətlə oxunub təhlil edilmişdir. Ümumi rəyə görə, məktəblilər 1990 - cı il yanvarın 19-dan 20-nə keçən gecə başda M. Qorbaçov olmaqla sovet imperiyasının Bakıda əliyalın insanlara qarşı törətdikləri vəhşiliklər barədə kifayət qədər bilgilərə malikdirlər. Onlar faciəni ürək ağrısı ilə qələmə almaqla 20 Yanvarı xalqımızın azadlıq uğrunda mübarizəsinin qanla yazılmış tarixi kimi səciyyələndirmişlər.
Müsabiqədə 4 ən yaxşı inşa yazısına görə şagirdlərə diplomlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]