20 YANVAR FACİƏSİ İLƏ BAĞLI DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Surxay Əliyev öz çıxışında bildirmişdir ki, o müdhiş gecə sovet ordusunun, daxili qoşunların, xüsusi təyinatlı dəstənin çoxsaylı üzvləri Bakıya yeridilmiş, 130-dan çox adam həlak olmuş, 700 adam yaralanmışdır. Həmin gecə 5,45 kalibrli zəhərli güllələrdən istifadə edilmişdir ki, bu, bütün beynəlxalq konvensiyalara ziddir. Fövqəladə vəziyyət elan olunması ilə bağlı SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qarbaçovun fərmanı isə yalnız növbəti gün, yanvarın 20-si səhər oxunmuşdur.
S.Əliyev demişdir: “SSRİ-nin rəhbərlərindən biri olmuş Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş, sovet ordusunun Bakıya yeridilməsini kəskin şəkildə pisləmiş, bunun məsuliyyətini M.Qorbaçovun üzərinə qoymuş, etiraz əlaməti olaraq kommunist partiyası sıralarından çıxmışdır”.
Sonra S.Əliyev jurnalistlərin suallarına cavab vermişdir.
Səfirliyimiz Daşkənddəki səfirliklərə və beynəlxalq təşkilatlara 20 yanvar faciəsi ilə bağlı geniş məlumat toplusu göndərmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]