20 YANVAR FACİƏSİ UŞAQ RƏSMLƏRİNDƏ TƏSVİR OLUNUB
AZƏRTAC xəbər verir ki, Tofiq İsmayılov adına “Uşaq dünyası” qalereyasında Bakı məktəblilərinin əl işlərindən ibarət sərgi açılmışdır.
Qanlı yanvar faciəsinin on beçinci ildönümünə həsr olunmuş sərgidə nümayiş etdirilən rəsmlərdə həmin dövrün dəhşətli anları öz əksini tapmışdır.
70 uşağın rəngkarlıq və qrafika janrlarında 100-ə yaxın əsərini tamaşaçılar maraqla qarşılamışlar. Çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, 20 Yanvar xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Sərgi yanvarın 25-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]