20 YANVAR FACİƏSİ XALQIMIZIN MÜBARİZƏ ƏZMİNİ QIRA BİLMƏDİ
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Xalq” mətbuat mərkəzində 20 Yanvar faciəsinin onbeşinci ildönümü ilə bağlı dəyirmi masa keçirilmişdir.
Milli Məclisin deputatları, Məşvərət Məclisinə daxil olan partiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
O vaxt Azərbaycana rəhbərlik edən şəxslərin razılığı olmadan keçmiş SSRİ rəhbərliyi Bakıya qoşun yeridə bilməzdi fikrini xüsusi vurğulayan natiqlər demişlər ki, sovet hərbçilərinin vəhşiliyi xalqımızın mübarizə əzmini qıra bilməmiş, qəhrəmanlıq tariximizə qızıl həriflərlə yazılmışdır.
Tədbirdə hadisə ilə bağlı acı xatirələr danışılmış, həmin dövrdə Naxçıvan MSSR ətrafında gedən proseslər də xatırlanmış və qeyd olunmuşdur ki, Naxçıvanın keçmiş imperiyanın tərkibindən çıxması barədə qəbul edilən qərar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgəni erməni işğalından qorumaq üçün yeganə düzgün yol idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]