20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar növbəti fotosərgi İstanbulda təşkil ediləcək
İstanbul, 13 yanvar, AZƏRTAC
Yanvarın 15-dən 17-dək İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar fotosərgi təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşacaq.
Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunacaq.
Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi “Yenikapı”, sərnişinlərin ən çox istifadə etdiyi metro stansiyasıdır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]