20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ AŞQABADDA QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmiş, ehsan verilmişdir.
Mərasimdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər həmin gecə keçmiş sovet ordusu tərəfindən törədilmiş faciənin insanlığa qarşı cinayət olduğunu, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinin daim uca tutulacağını qeyd etmişlər.
Səfirlikdə 20 Yanvar faciəsini əks etdirən fotomateriallardan ibarət sərgi yaradılmış, qanlı cinayətlə əlaqədar videosüjetlər göstərilmişdir.
Səfirlik faciə ilə bağlı Türkmənistanın Xarici İşlər Nazirliyinə və beynəlxalq nümayəndəliklərə məlumatlar toplusu göndərmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]