20 YANVAR FACİƏSİNİN ON BEŞİNCİ İLDÖNÜMÜ AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI SƏFİRLİYİNDƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində bir sıra tədbirlər keçirilmişdir.
Səfir Elman Araslı Səudiyyə Ərəbistanının rəsmi dairələrinin, ictimaiyyətin və bu ölkədəki diplomatik korpusun nümayəndələri ilə görüşərək qanlı 20 Yanvar hadisələrinin səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Görüşlərin iştirakçıları dinc əhaliyə qarşı bu qanlı cinayəti törədənlərin əməllərini pisləmişlər.
20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar yerli kütləvi informasiya vasitələrinə müsahibə verən səfir E.Araslı Azərbaycan xalqının milli azadlıq hərəkatının tarixinə nəzər salmış, müstəqil respublikamızın sosial-iqtisadi və siyasi sahələrdə qazandığı uğurlardan söhbət açmışdır.
Səfirlik Qara Yanvar hadisələrinə həsr edilmiş 34 səhifəlik bülleten hazırlayaraq Səudiyyə Ərəbistanının dövlət və hökumət qurumlarında, Ər-Riyaddakı diplomatik nümayəndəliklərdə, beynəlxalq təşkilatlarda yaymışdır.
Səudiyyə Ərəbistanında azərbaycanlı mütəxəssislərin işlədikləri kollektivlərdə keçirilmiş tədbirlərdə, həmçinin həcc ziyarətinə gəlmiş soydaşlarımızın məclislərində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmiş, ehsanlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]