20 YANVAR MÜBARİZLİK, QƏHRƏMANLIQ MƏKTƏBİDİR
AZƏRTAC-xəbər verir ki, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində Nəsimi rayonundakı 1 nömrəli və Yasamal rayonundakı 52 nömrəli məktəblərin şagirdlərinin iştirakı ilə yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmüş tədbirdə Vətənimizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə vurğulanmışdır ki, qanlı yanvar qırğınları Azərbaycan tarixinə təkcə xalqımızın başına gətirilən dəhşətli müsibət kimi deyil, həm də mübarizlik səhifəsi kimi yazılmışdır. Şagirdlərin diqqətinə çatdırılmışdır ki, 20 Yanvar gənclərimiz üçün örnəkdir, qəhrəmanlıq məktəbidir.
Məktəblilərin ifasında bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]