20 YANVAR ŞƏHİDLƏRİ ƏBƏDİ EHTİRAMA LAYİQDİRLƏR
20 Yanvar faciəsinin 15-ci ildönümünün keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əlaqədar Şəmkir rayonunda geniş hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ildönümü ərəfəsində Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə canlarını qurban vermiş mərd mübarizlərin ruhuna əbədi ehtiram əlaməti olaraq rayon mərkəzindəki abidə kompleksi önündə mitinq keçiriləcək, sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailələrinə baş çəkilərək, onlara maddi yardım ediləcəkdir.
Həmin gün rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə şəhidlərin ruhuna dualar oxunacaq, ehsanlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]