20 YANVAR ŞƏHİDLƏRİNİN ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tələbə şəhərçiyində 20 Yanvar hadisələrinin 16-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Professor - müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə akademiyanın rektoru, akademik Məmmədtağı Cəfərov 20 Yanvar hadisələrinin səbəblərindən və həmin dövrdə respublika rəhbərlərinin xəyanətkar əməllərindən danışmışdır. Sonra akademiyanın fəlsəfə və tarix kafedrasının müəllimi, respublika Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri ictimai birliyi Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurovun məruzəsi dinlənilmişdir. Tədbir iştirakçıları tələbə şəhərciyində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və tər çiçək dəstələri qoymuşlar.