20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 21-22-də Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.
Yanvarın 21-də 6-7, 8-9 və 10-11 yaşlı, 22-də 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]