SİYASƏT
22 saylı Nəsimi II seçki dairəsində səsverənlər məntəqələrdə yaradılan şəraitdən razılıqlarını bildirirlər
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bütün seçki dairələrində olduğu kimi, 22 saylı Nəsimi II seçki dairəsində də seçkilərin şəffaf keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
Seçki dairəsi dairə seçki komissiyasının sədri Vaqif Qasımov AZƏRTAC-a bildirib ki, 38 min 414 seçicisi olan dairədə 28 məntəqə fəaliyyət göstərir. Səsvermə prosesini izləmək üçün dairədə 410 yerli müşahidəçi qeydiyyata alınıb.
Seçicilər səsvermədə fəal iştirak edirlər. Səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirdilər.