CƏMİYYƏT
İrandan onlayn yolla aldığı narkotiki satan şəxs saxlanılıb VİDEO


Bakı,30 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə bir kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib. Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Qeyd olunub ki, Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.