Ulu Öndərin 100 illik yubileyi münasibətilə ADU-da ağacəkmə aksiyası
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dillər Universitetində (ADU) ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Yaşıllaşdırma aksiyasında ADU-nun rektoru akademik Kamal Abdulla, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADU-nun əsas tədris binası və Təbriz küçəsi 81 ünvanında yerləşən korpusunda təşkil olunan aksiya yaşıllıqların artırılmasına, ətraf mühitin qorunmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə qayğı ənənələrini davam etdirmək məqsədi daşıyıb.