Azərbaycan Dövlət İnformasiya Agentliyi

26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi

26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə qovuşan Azərbaycan çox çətin günlərini yaşayırdı. Ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükələrə atmışdı. Azərbaycanın parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasında idi. Düşmən daxildəki hərc-mərclik, siyasi böhran və hakimiyyət boşluğundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edirdi. Belə bir məsuliyyətli və ağır mərhələdə Azərbaycan xalqı öz siyasi seçimini etdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevə səs verərək onu Prezident kimi özünə rəhbər gördü. Həmin gündən başlayaraq Azərbaycan bütün istiqamətlərdə ciddi uğurlar əldə etməyə başladı. Heydər Əliyev həm daxildə sabitliyə nail oldu, həm də çox səmərəli xarici siyasət kursunu formalaşdırdı. Böyük uğurla neft siyasəti həyata keçirilməyə başlandı. Genişmiqyaslı iqtisadi islahatlar aparıldı. İdarəetmədə, cəmiyyətin müxtəlif sferalarında modernləşmə vüsət aldı. Bütün bunlar Azərbaycan dövlətçiliyinə tarixi nailiyyətlər qazanmağa imkan yaratdı. Vurğulanan məqamlar kontekstində Heydər Əliyevin xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdışının siyasi və geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

Böhranlı günlərdə: xalq "HƏ" dedi

1993-cü il oktyabrın 3-də Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə baş verdi. Həmin gün ulu öndər Heydər Əliyev ölkə Prezidenti seçildi. Qədirbilən Azərbaycan xalqı öz düzgün seçimini etməkdə tərəddüd etmədi. Təcrübə göstərdi ki, xalq o zaman faktiki olaraq ölkənin bütövlüyünə, müstəqil dövlət quruculuğuna, demokratiyaya səs verdi. Heydər Əliyevin bu hadisə ilə bağlı ifadə etdiyi fikirlər olduqca maraqlı və aktualdır. Ümummilli Lider vurğulamışdı: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Bəli, Heydər Əliyev xalqın ona göstərdiyi etimadı və verdiyi səlahiyyətləri çox yüksək dərəcədə qorudu. Bütün fəaliyyəti boyu müstəqil dövlətin möhkəmlənməsi və inkişafına çalışdı. Ulu Öndər şəxsi nümunəsi ilə dövlət idarəçiliyində milliliklə vətənpərvərliyin vəhdətini nümayiş etdirdi. Bu bağlılıqda 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyevin qətiyyətlə ifadə etdiyi aşağıdakı fikirləri bir daha yada salmağa dəyər. Ulu Öndər vurğulamışdı: "Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur". Bu fikirlər Azərbaycanın müstəqil dövlət quruculuğunda insan faktorunun mərkəzi yerdə durduğunu və hər bir vətəndaşın haqlarının təmin edilməsinin rəhbərlik üçün böyük əhəmiyyət kəsb etdiyini göstərirdi.

Prezident İlham Əliyevin bu bağlılıqda ifadə etdiyi aşağıdakı fikirlər olduqca lakonik və dəqiqdir. Dövlət başçısı vurğulayıb: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur".

Şübhəsiz, bu, müdrik seçim idi. Çünki həmin dövrdə vəziyyət çox qarışıq idi. Dünyanın böyük dövlətləri hər tərəfdən Azərbaycana təzyiq edirdi. O mərhələdə naşı ölkə rəhbərliyi atdığı yanlış addımlarla dövlətçiliyin taleyini təhlükə altına atmışdı. Açıq görünürdü ki, yeni xilaskar gəlməlidir. Lakin müxtəlif istiqamətlərdən olan ideoloji təzyiqlər insanları çaşdırırdı. Xüsusilə liberalizm adı altında antimilli ruhlu ideyalar yayır, vətəndaşların doğru seçim etməsinə əngəl olmağa çalışırdılar. Bu cür vəziyyətdə postsovet məkanında milli dövlətlərin heç də hamısında xalqlar müdrik və uzaqgörən seçim edə bilmədilər. Azərbaycan xalqı isə bunu bacardı.

Həmin seçim həm də tarixi idi. Çünki Azərbaycan dövlətçiliyinin taleyini həll etdi. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsə idi, Azərbaycanın müstəqil dövlətçiliyinin qalıb-qalmaması məsələsində ümidverici bir söz demək çətin olardı. Tarixin elə mərhələləri olur ki, bütövlükdə ölkənin, xalqın və dövlətin aqibətini bircə addım həll edir. Tarixin həmin dönəmində Azərbaycan xalqı o addımı atdı və təcrübə sübut etdi ki, bu, tarixi addım olmuşdur! Həmin səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev 1993-cü il 3 oktyabrda keçirilən seçkini tarixi adlandırıb.

Uğurlu yolun layiqli davamçısı: Ulu Öndər əməllərdə yaşayır

Artıq o hadisədən 26 il ötür. Bu müddət ərzində Azərbaycan sürətlə və dərindən dəyişib. Ulu Öndər ilk olaraq ölkədə sabitlik yaratdı. Daxildə təhlükə törədə biləcək bütün faktorları neytrallaşdırdı. Həmin bağlılıqda Heydər Əliyevin ağır 1994-cü il və 1995-ci il dövlət çevrilişlərinə cəhdlərin qarşısını ustalıq və qətiyyətlə alması ayrıca əhəmiyyəti olan mövzudur. O mərhələdə Heydər Əliyevin qələbəsi bütövlükdə dövlətçiliyin taleyini həll etdi. Hər kəs anladı ki, Azərbaycan müstəqilliyini kimsəyə verməyəcək.

Bunun fonunda Ermənistan rəhbərliyinin Azərbaycanla atəşkəsə getməyə məcbur qalması çox vacib hadisə idi. Ermənilər atəşkəsdən öncə çox ciddi çalışdılar ki, Tərtər və Ağdərə istiqamətlərindən Azərbaycana hücum edib, daha çox ərazi zəbt etsinlər. Bunu onlara havadarları tapşırmışdı. Heydər Əliyev müdafiəni çox güclü quraraq düşməni geri oturtdu. Eyni zamanda, Füzuli istiqamətində hücumla Horadizi azad etdi. Azərbaycan Ordusu Horadiz əməliyyatına 1993-cü ilin dekabrında başladı. 1994-cü il yanvarın 6-da artıq Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilmişdi. Bu əməliyyat Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Düşmən çox təlaşa düşmüş və həmişə olduğu kimi, atəşkəs üçün öz havadarına yalvarmağa başlamışdı. Real vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev həmin il atəşkəsə nail oldu.

Bununla Azərbaycana kənardan olan təhlükə çox böyük miqyasda aradan qaldırıldı. Bu isə daxili sabitliyi təmin etmək üçün Ulu Öndərə yeni imkanlar verdi. Qısa müddətdə Heydər Əliyev ölkədə sabitliyi tam təmin etdi. O illərdə Bakıya rəsmi səfərə gələn Türkiyə Prezidenti Süleyman Dəmirəl Azərbaycanda sabitliyin təmin edilməsini çox böyük tarixi hadisə adlandırmışdı.

Yaranmış sabitliyin fonunda Ulu Öndər neft siyasətini inkişaf etdirirdi. Qısa müddətdə dünyanın böyük dövlətlərinin çox nüfuzlu şirkətləri Azərbaycana böyük sərmayələr qoydular. "Əsrin müqaviləsi"nin imzalanması isə ayrıca tarixi əhəmiyyəti olan hadisə idi. Bununla həm Azərbaycanın suveren dövlət kimi nüfuzu artdı, həm də ölkə iqtisadiyyatını davamlı inkişaf etdirmək üçün geniş imkanlar yarandı. Heydər Əliyev müstəqil xarici siyasəti gücləndirməklə yanaşı, daxildə ciddi islahatlar aparırdı. Bir tərəfdən Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, digər tərəfdən isə cəmiyyətin demokratikləşməsi və idarəetmədə islahatların aparılması sürətlə həyata keçirilirdi.

Bunun nəticəsində artıq XXI əsrin başlanğıcında Azərbaycan Cənubi Qafqazın lider dövləti halına gəlmişdi. Ölkə iqtisadiyyatında ciddi yeniləşmələr baş verirdi. İnfrastruktur yeniləşir və Avropa standartlarına uyğunlaşdırılırdı. Bu, Azərbaycanın iri beynəlxalq enerji, nəqliyyat, tranzit layihələri həyata keçirməsi fonunda baş verirdi. Bütün maneələrə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verildi. Ekspertlər bunu Avrasiyanın enerji coğrafiyasının köklü surətdə dəyişməsi kimi xarakterizə etdilər. Proseslər göstərdi ki, onlar haqlıdırlar. Bir-birinin ardınca meydana yeni layihələr çıxdı və onların əksəriyyətinin təşəbbüskarı Azərbaycan rəhbərliyi idi.

1993-cü ildən bu yana Azərbaycan bütün istiqamətlərdə böyük uğurlar əldə edib, zirvələr fəth edib. Ulu Öndərin uzaqgörənliyi sayəsində müstəqil dövlət quruculuğu durmadan inkişaf etdirilir. Heydər Əliyevin bu bağlılıqda dövlətçiliyə ən böyük töhfələrindən biri İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi və ölkəyə rəhbərliyi ona etimad etməsidir.

Dünyanın ən böyük dövlətlərinin liderləri belə etiraf edirlər ki, Azərbaycan Prezidenti çox uğurlu fəaliyyəti ilə ölkəni tarixdə görünməmiş yüksəkliklərə qaldırıb. Azərbaycan davamlı olaraq sürətlə inkişaf edir. Onun əldə etdiyi ciddi uğurlar bir sıra dairələrin qısqanclığı və paxıllığına səbəb olur. Lakin müdrik Azərbaycan xalıq öz rəhbərinə tam inanır, ona güclü dayaq olaraq qalır. Azərbaycan xalqı bilir ki, güclü lider həm də güclü xalq deməkdir, güclü dövlət deməkdir. Tarixi xoşbəxtlikdir ki, Heydər Əliyev siyasi varislik məsələsini də çox böyük uğurla həll edə bilmişdir. Ulu Öndərin adı əbədi olaraq müstəqil Azərbaycan dövlətinin memarı kimi böyük hörmətlə anılacaqdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq