Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına qalibiyyətlə başlayıb VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, komanda debüt matçında İraq seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandanın heyətində qolları Mirmehdi Rzayev və Elvin Əlizadə vurublar.
Qeyd edək ki, yığma G qrupunda növbəti oyununu oktyabrın 29-da son Afrika çempionu Misir komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.