28 MAY - RESPUBLİKA GÜNÜ BERLİNDƏ QEYD OLUNMUŞDUR
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov müstəqil respublikamızın yaranması tarixindən, inkişafından, dünya dövlətləri arasında mövqeyindən və beynəlxalq aləmdə gündən-günə artmaqda olan nüfuzundan danışmışdır. Almaniya-Azərbaycan dövlətlərarası münasibətlərin, diplomatik, siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmışdır.
Mərasim konsert proqramı ilə davam etdirilmişdir. Almaniyada yaşayıb-yaradan soydaşımız, pianoçu, Essen Konservatoriyasının dosenti Elnarə İsmayılovanın çıxışı alqışlarla qarşılanmışdır.
Qonaqlar YUNESKO-nun dünyanın seçmə mədəni və tarixi abidələri siyahısına salınmış Qobustan qoruğuna həsr olunmuş fotosərgiyə böyük maraq göstərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]