CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb VİDEO







Bakı, 29 fevral, AZƏRTAC
Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.