Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB VİDEO

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb. Yerli və beynəlxalq media mənsublarının, habelə digər maraqlı subyektlərin bilavasitə iştirakı ilə müzakirə edilən məsələlər və qəbul olunan qərarlar mediada geniş və operativ şəkildə işıqlandırılıb.

Komissiyanın iclasında öncə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr və atılan məqsədyönlü addımlardan danışılıb. Qeyd olunub ki, Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə respublikamızın ictimai-siyasi həyatında əlamətdar bir tarixi hadisəyə çevrilib. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq MSK və qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik aidiyyəti qurumlar tərəfindən Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunub, nəzərdə tutulan bütün tədbirlər Komissiyanın hazırlayıb təsdiq etdiyi Təqvim planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə reallaşdırılıb.

Seçkilərdə mühüm prioritet məsələlərdən biri olan seçici siyahılarının dəqiqləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə uğurla həyata keçirilməsi, bu işdə media qurumları və sosial media platformalarının imkanlarından da geniş istifadə olunmaqla, müxtəlif vasitələrlə əhatəli fəaliyyət göstərilməsi təqdirlə vurğulanıb. Bildirilib ki, adların seçici siyahılarında yoxlanılması ilə bağlı MSK-nın hazırladığı müxtəlif materiallar – bütün ölkə ərazisinə yayılan geniştirajlı, böyükölçülü məlumatlandırma plakatları, televiziya və radio kanallarında yayımlanan müxtəlif video və audioçarxlar, eyni zamanda, sosial media platformaları üzərindən çoxsaylı paylaşımlarla geniş kampaniya gerçəkləşdirilib. “ASAN xidmət”lə birgə layihə çərçivəsində ilk dəfə 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində əsası qoyulan və seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsinə hədəflənən mütərəqqi və effektiv bir vasitə Milli Məclisə seçkilərdə də davam etdirilib. Belə ki, “ASAN xidmət” mərkəzlərindəki müvafiq smart monitorlara yerləşdirilən funksional bölmə aktivləşdirilərək Mərkəzlərə gündəlik müraciət edən on minlərlə vətəndaşımıza adlarını seçici siyahılarında yoxlamaq, aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirmək, həmçinin bu məsələlərlə bağlı ehtiyac yarandığı halda yerindəcə MSK-ya operativ müraciət etmək imkanı yaradıb. MSK-nın “ASAN xidmət”lə sıx əməkdaşlığı şəraitində hazırlanan və vətəndaşları Mərkəzlərdəki sözügedən innovativ vasitədən yararlanmaqla adlarını siyahılarda yoxlamağa, səs verəcəkləri seçki məntəqəsini öyrənməyə təşviq edən videoçarx da televiziya və radio kanallarında, habelə sosial media platformalarında geniş yayılıb.

Milli Məclisə seçkilərdə reallaşdırılan irimiqyaslı maarifləndirmə və məlumatlandırma proqramından bəhs edilərək diqqətə çatdırılıb ki, seçki marafonu boyunca seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu, demək olar, bütün seçki iştirakçılarının maarifləndirilməsi diqqətdə saxlanılıb, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində səsvermə gününə qısa müddət qalanadək müşahidəçilərin və media nümayəndələrinin bilavasitə iştirakı ilə intensiv şəkildə fərqli istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirilib. MSK seçkinin tarixi, səsvermə qaydaları, habelə istiqamətverici və çağırış xarakterli yüz minlərlə plakat da çap etdirərək, bütün yaşayış məntəqələrinin ərazisində və asanlıqla görünə bilən məkanlarda yerləşdirilməsini təmin edib. Bununla yanaşı, seçici siyahılarında adın yoxlanılması, seçicilərin səsvermədə iştiraka dəvət olunması, seçki gününün xatırladılması, səsvermə prosedurları, eləcə də əlavə seçicilər siyahısı əsasında səsvermə barədə hazırlanan, ümumilikdə 6 video və audioçarx ölkədəki televiziya və radio kanallarında mütəmadi şəkildə nümayiş etdirilib, eləcə də sosial media platformalarında paylaşılıb.

İclasda həssas qrupa aid seçicilər - görmə, eşitmə və hərəkət qabiliyyətində məhdudiyyət olanlar üçün gerçəkləşdirilən layihələrdən, yaradılan imkanlardan da danışılıb. Vurğulanıb ki, gözdən əlilliyi olan seçicilər səsvermə günü öz konstitusion hüquqlarını seçki bülletenlərindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə etməklə sərbəst şəkildə reallaşdırıblar. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırladığı bütün videoçarxlar həm də alt yazısı ilə təqdim olunub. Hərəkət qabiliyyətində məhdudiyyət olan seçicilərin ictimaiyyətdən təcrid olunmadan, bilavasitə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün seçki məntəqələrinin müvafiq binalarda yerləşdirilməsi və yeni panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2471 seçki məntəqəsində də digər məntəqələrdəki kimi əlverişli vəziyyət təmin edilib.

Eyni zamanda, məlumat verilib ki, Milli Məclisə seçkilərdə çoxsaylı siyasi partiyaları təmsil edən, eləcə də öz təşəbbüsləri ilə və seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən 990 iddiaçı deputatlıq uğrunda azad seçki mübarizəsi aparıb. Seçkilərin ən təqdirəlayiq tərəflərindən biri məhz siyasi partiyaların bu seçkilərə indiyədək görünməmiş şəkildə maraq göstərməsi, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirak etməsi olub. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Seçki qanunvericiliyinin tələblərinə əsasən bütün ölkə ərazisində 3469-u açıq, 2037-si qapalı olmaqla, ümumilikdə 5506 görüş yeri ayrılaraq təşviqat subyektlərinin ixtiyarına verilib. Onlar heç bir maneə ilə rastlaşmadan, sadəcə aidiyyəti üzrə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Bundan başqa, hər seçki məntəqəsinin ərazisində 2 ədəd olmaqla, seçicilər tərəfindən məlumatlar asanlıqla oxuna bilən əlverişli yerlərdə 10 mindən çox böyükölçülü təşviqat lövhələri quraşdırılıb. Media subyektləri ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaqda böyük fəallıq nümayiş etdiriblər. Bu məqsədlə 58 media qurumundan MSK-ya təqdim olunan müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. İclasda seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının bütövlükdə sivil və müasir tələblərə cavab verən şəkildə keçdiyi, namizədlərin MSK tərəfindən yaradılan bərabər şərait və imkanlardan səmərəli istifadə etdiyi vurğulanıb.

Komissiyanın iclasında xüsusi qeyd edilən məsələlərdən biri də seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində keçməsi olub. Bildirilib ki, Milli Məclisə seçkilərdə yerli və beynəlxalq müşahidəçilər də daxil olmaqla, məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və digər müxtəlif statusla, ümumilikdə 121 mindən artıq seçki iştirakçısı səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququ əldə edib. Seçkilərin müşahidəsinə 51 xarici qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi, o cümlədən nüfuzlu beynəlxalq media subyektlərinin təmsilçiləri qatılıblar. Yerli media mənsubları isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan, seçki marafonunun əvvəlindən axırınadək tam sərbəst və maneəsiz şəkildə proseslərin müşahidəsində iştirak ediblər. Seçkilərdə 2-si xarici partnyorları ilə birgə olmaqla, 3 ixtisaslaşmış təşkilat tərəfindən keçirilən “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşüb.

Seçkilərin müşahidəsinə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının ciddi maraq göstərməsinə də ayrıca diqqət çəkilib. Bildirilib ki, 24 siyasi partiya 65 minə yaxın təmsilçisi ilə seçkilərin müşahidəsinə qatılıb. Eyni zamanda, 16 qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti institutu 5000-dən artıq yerli müşahidəçisi ilə seçkilərin izlənilməsində iştirak edib ki, bu da sözügedən ictimai təsisatların seçkilərdəki böyük fəallıqlarının bariz göstəricisidir.

Seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi üçün hər cür zəruri tədbirlərin görüldüyü vurğulanaraq diqqətə çatdırılıb ki, seçkilərdə informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən səmərəli istifadə olunması, xüsusilə uzun illərdir uğurla sınaqdan çıxmış veb-kamera praktikasının Milli Məclisə seçkilərdə də tətbiqi şəffaflığın miqyasını daha da böyüdüb. Bütün ölkə coğrafiyası əhatə olunmaqla, 1000 məntəqədə quraşdırılan yüksək görüntü effektinə malik veb-kameralar səsvermə günü seçki məntəqələri fəaliyyətə başladığı andan etibarən proseslərin gedişini hamı üçün açıq platformada bütünlüklə, arasıkəsilmədən və real vaxt rejimində dünyanın istənilən yerindən heç bir qeydiyyat tələb olunmadan internet istifadəçiləri tərəfindən müşahidə etməyə imkan yaradıb. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 570 mindən artıq baxış olub ki, bu da veb-kameraların seçki prosesindəki effektivliyinin və ictimaiyyət üçün kəsb etdiyi ciddi marağın daha bir göstəricisidir.

İclasda, həmçinin bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Bu seçkilərdə işğaldan azad olunmuş ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb, o cümlədən müvəqqəti əsaslarla fəaliyyət göstərən 20 seçki məntəqəsi yaradılıb. Səsvermə günü seçicilər azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdırıb və ümumilikdə, ölkə üzrə seçicilərin 37,24 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində ictimaiyyət 5 dəfə seçicilərin aktivliyi barədə məlumatlandırılıb. Seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib və seçki məntəqələri üzrə nəticələrin müəyyənləşdirilməsinə yekun vurulduqca məntəqə seçki komissiyalarının protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsinə daxil olmaqla dərhal ictimailəşdirilib. Səsvermə başa çatdıqdan bir neçə saat sonra seçki məntəqələrinin 91 faizindən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə ilkin nəticələr və lider namizədlər elan edilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

İclasda o da qeyd olunub ki, səsvermə günü və ondan sonrakı gün MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Seçki günü Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu cür sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilib və zəruri addımlar atılıb. Səsvermə günündən sonra seçkilərə yekun vurulanadək daxil olan müraciətlər və müxtəlif mənbələrdən əldə edilən məlumatlar maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə tam şəffaf, obyektiv və hərtərəfli araşdırılaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada operativ şəkildə iclasa çıxarılıb, geniş və ictimaiyyətə açıq müzakirələrin ardınca müvafiq qərarlar qəbul olunub. Müraciətlərlə bağlı araşdırma və baxılma prosesinin gedişatı barədə məlumatlar Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Milli Məclisə seçkilərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında onlayn platformaların imkanlarından geniş istifadə edildiyi, bu prosesdə MSK-nın internet səhifəsinin xüsusilə mühüm rol oynadığı da iclasda vurğulanıb. Bildirilib ki, Komissiyanın zəruri məlumatların yerləşdirildiyi və mütəmadi yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarına verilib, arzu edən şəxslər asanlıqla səhifədən istədikləri müxtəlif məlumatları əldə ediblər. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq, seçki günü başa çatanadək MSK-nın internet səhifəsinə 3 milyona yaxın baxış keçirilib. Təkcə səsvermə günü isə bu göstərici 570 minə yaxın olub. Komissiyanın sosial media platformalarındakı rəsmi hesabları da seçki marafonu ərzində öz aktivliyini qoruyub, məlumatlar davamlı şəkildə paralel olaraq bu səhifələrdə də yerləşdirilib.

MSK-nın iclasında iştirakçılar Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi barədə məlumatlandırıldıqdan sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsinə keçilib. Bildirilib ki, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada MSK-ya təqdim olunan dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən zəruri seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təfsilatlı araşdırılıb. Komissiya sənədlərin yoxlanılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmayan 13 saylı Xəzər ikinci seçki dairəsinin 12, 15 saylı Yasamal birinci seçki dairəsinin 26, 18 saylı Nərimanov–Nizami–Binəqədi seçki dairəsinin 15, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1, 38 saylı Gəncə birinci seçki dairəsinin 13, 41 saylı Gəncə–Samux–Goranboy seçki dairəsinin 38, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8, 80 saylı Lerik–Astara seçki dairəsinin 88, 82 saylı İmişli–Saatlı seçki dairəsinin 41, 42, 44 və 45, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34, eləcə də 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edib. O cümlədən seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində nöqsanlara yol verən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

İclasda cari ildə keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilib, seçkilərin ümumi yekunları haqqında MSK-nın protokolu tərtib olunub və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Həmçinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin yekunlarının təsdiq edilməsi üçün Komissiyanın protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmasına qərar verilib.

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir