Azərbaycan Dövlət İnformasiya Agentliyi

Psixoterapevt: Texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır – MÜSAHİBƏ VİDEO

Psixoterapevt: Texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır –  MÜSAHİBƏ  VİDEO

Bakı, 30 aprel, Pərvanə Qafarova, AZƏRTAC

Texnologiyanın inkişafı insanların həyatına komfort və bir sıra funksiyalara asan şəkildə əlçatanlığı təmin etməklə yanaşı, mənfi təsir göstərdiyi sahələri də var. Belə ki, bu yaxınlarda alimlər süni intellekt və ChatGPT-nin insanların sosiallaşmasına ciddi problemlər yaratdığını müəyyən ediblər. Bu gün biz süni intellektin cəmiyyətdə sürətlə yayıldığını müşahidə edirik: ChatGPT artıq insan ünsiyyətini əvəz edir. İnsanlar məsləhət üçün ailə üzvünə, dostuna və ya mütəxəssisə müraciət etmək əvəzinə, sualını süni intellekt əsaslı proqrama ünvanlayır. Artıq xarici bir neçə araşdırmanın nəticələri də bunu sübut edir ki, bu halın həm müsbət, həm də mənfi tərəfləri var. Çünki nəticədə insanlar içlərinə qapanır, tənhalığa, təkliyə meyil edirlər.

Ümumiyyətlə, texnologiyanın inkişafının insanların gündəlik həyatına, onların psixoloji vəziyyətinə necə təsir göstərdiyi barədə AZƏRTAC-ın suallarını psixoterapevt, klinik psixoloq Zöhrə İslamzadə cavablanıdırıb.

Psixoterapevt bildirib ki, texnologiya inkişaf etdikcə, insanların real həyatda aktivliyi nisbətən azalmağa doğru gedir: “Çünki texnologiyadan istifadə edən insanlar, xüsusən də yeniyetmələr və gənclər arasında biz bunu görürük, davamlı olaraq yeni məlumatlar əldə edirlər. Davamlı yeni məlumatın əldə edilməsi beyində dopaminin ifrazına təsir edir, bu da öz növbəsində qısa müddətli həzzin formalaşmasına gətirib çıxarır. Bu artdıqca hər dəfə 15-20 saniyədən bir yeni məlumat, yeni dopamin əldə edir insan. Daha sonra insan texnologiyadan uzaqlaşdıqda real həyatda bu qədər çox məlumat əldə edə bilmir. Buna görə də insanda həzz azalması baş verməyə başlayır. Bu zaman biz gənclərdən ən çox nə eşidirik?

“Sıxılıram, evdə otura bilmirəm, çölə çıxıram, heç nəyin mənası yoxdur. Dostlarımla da görüşürəm, həzz ala bilmirəm”. Niyə görə? Çünki beynimiz davamlı olaraq dopamin istəyir. Texnologiyanın mənfi tərəflərindən ən önəmlisi əslində budur ki, bizim dopaminimizin ifrazında artıq problemlər yaranmağa başlayır və biz depressiv hala daha meyilli oluruq”, - deyə psixoloq Zöhrə İslamzadə qeyd edib.

Texnologiyanın insan həyatına müsbət tərəfləri, əlbəttdə ki, çoxdur. Hazırda ChatGPT-dən ən çox gənclərimiz istifadə edir. Bəzi psixi pozuntular var ki, misal üçün təşviş pozuntusu zamanı bəzi insanlarda panik ataklara rast gələ bilirik. Panik atakların gəlmə anında yanında psixoloq olmayan və yaxud da yanında ailə üzvü, dostu-tanışı olmayan bir şəxs ChatGPT ilə söhbət edərək nisbətən özünü sakitləşdirə bilər. Çünki bir sıra süni intellekt proqramlarında müəyyən kliniki baza var. Bu proqram insanın başını necə qatacağını, hansı sualları necə verəcəyini bilir. Misal üçün, panik atak keçirən bir insan cəmiyyət içərisindədir, şəxslər ona yaxınlaşır və müxtəlif suallar verir– “Yaxşı hiss edirsən özünü?”, “Ürəyin bulanmır ki?”, “Başın dönmür ki?” suallarla onun fikrini bədəninə yönəndirirlər.

Bu əslində panik atakı daha da gücləndirən bir şeydir. ChatGPT isə artıq panik atakın nə olduğunu bilir. Bu hallarda necə davranmaq lazım olduğunu bildiyi üçün müsbət fərqli suallar verir və insanı öz bədənindən uzaqlaşdırmağa başlayır. Artıq öz bədənindən fikri uzaqlaşan şəxsdə panik atakın sönməsini müşahidə edirik.

Yəni, ilkin psixoloji yardımı üçün əslində texnologiyanın müsbət tərəfləri çoxdur. Lakin çox təəssüf ki, bəzi şəxslər bunu artıq ilkin psixoloji yardımdan keçirdib, daha dərin ünsiyyət üçün istifadə edirlər. Bu düzgün olmur, çünki süni intellekt nə qədər də kliniki bazası olsa da, emosional olaraq insanla bağ qura bilmir, onunla empatiya yarada bilmir. Nəticə etibarilə də süni intellekt insanı düzgün istiqamətə yönləndirmir. 

Son zamanlar valideynlərin ən çox şikayət etdiyi bir məsələ var ki, telefonları, planşetləri uşaqların əllərindən almaq olmur. İsterika halları baş verir. Bir çox hallarda uşaqlar artıq valideynləri təhdid edirlər ki – “mən yemək yeməyəcəm”, “heç nə oxumayacam”, hətta həyatı üçün lazım olan vəzifələrini yerinə yetirmir ki, valideynləri onlara mobil telefonu, planşeti versin.

Psixoloq vurğulayır ki, bunun yaranmasının da əsas səbəblərindən biri valideynin özüdür. “Hazırda, xüsusilə kiçik yaşlı uşaqlarda, biz görürük ki, mobil telefon izləmədən onlar qida qəbul edə bilmirlər, udma aktını həyata keçirə bilmirlər. Televizora baxır, telefona baxır, ekrana tam fokuslanır. Bu zaman valideyn deyir – “Oğlum, ud”, ya “Qızım, ağzındakını çeynə”. Uşağın beyni o qədər ekrana fokuslanır ki, normal etməli olduğu hərəkətləri edə bilmir. Bu, təəssüf ki, 3-4 yaşından başlayır. Valideyn uşağın sakit dayanması üçün mobil telefon izlədərək uşağa qida verməyə başlayır. Sonra uşaq böyüyür, artıq yeniyetmə, gənc yaşına çatır və yenə də televizor, mobil telefon izləyərək qidalanır. Hazırda yetkin insanlar arasında da bu hallar çox yayılıb.

 

Biz məsləhət görürük ki, valideynlər uşaqlara mümkün qədər gec telefon, planşet verməlidirlər, onları texnologiya ilə daha böyük yaşlarda tanış etməlidirlər. Valideynlər düşünürlər ki, texnologiya dövrüdür, nə qədər tez tanış olsalar, o qədər yaxşıdır. Ancaq düşünürəm ki, texnologiya tez öyrənilə bilən, başa düşülən bir şeydir. Ona görə də, valideynlər uşaqları bacardıqları qədər gec, daha böyük yaşlarında texnologiya ilə tanış etməlidir. 3-5 yaşda uşaqlara, biz ümumiyyətlə, telefon və planşetə baxmağı tövsiyə etmirik. Amma valideyn mütləq ki, baxdırmağı düşünürsə, 15 dəqiqədən artıq ehtiyac deyil.

Çünki texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır. Uşaqlar fikirləşə bilmirlər, analiz qabiliyyətləri inkişaf etmir. Əvvəlki uşaqlarda necə idi? Onların öz xəyal dünyaları olurdu. İndiki uşaqların xəyal dünyası - baxdıqları obrazlardır. Fərqli heç bir şey yoxdur. Ekranda nə görürlərsə, onu da xəyal edirlər. Ona görə də uşaqları texnologiyadan uzaq tutmaq lazımdır ki, təxəyyülləri də daha yaxşı inkişaf etsin”, - deyə psixoloq Zöhrə İslamzadə diqqətə çatdırıb.

Psixoterapevt süni intellektin insan psixologiyasına mənfi zərərlərindən birini də insanların getdikcə cəmiyyətdən təcrid olması olduğunu deyib: “Hazırkı dövrdə baxırıq ki, şəxslərin bir və ya ikidən artıq dostu olmur. Bu, şəxsiyyətlərarası münasibətlərə mənfi təsir göstərir. Süni intellekt sənin istədiyin cavabları verir. Çünki o artıq proqramlaşdırılıb. Sən hansı cavabı istəyirsənsə, bilir və onu verir. Sən onu daha çox sevməyə başlayırsan. Ancaq real həyatda belə deyil. Dostlarımızın sayı daha çox ola bilər, hər birinin müəyyən bir xarakteri var, hər hansı bir məsələyə müəyyən bir aspektdən yanaşır. Yaxınlarından istədikləri cavabı almayan zaman artıq insanlar ChatGPT-yə müraciət edir, yəni süni intellekti seçirlər. Bundan da qorunmaq üçün cəmiyyətdə insanlar ekrana nə qədər baxdıqlarına xüsusi diqqət etməlidir. Bunun üçün də artıq xüsusi proqramlar var.

Səhər oyanan kimi mobil telefona əl atmaq düzgün deyil. Təəssüf ki, çox zamanlar biz özümüz də və insanların əksəriyyəti yuxundan oyanan kimi mobil telefona baxırıq. Bunların fərqində olmaq lazımdır, ekrandan istifadə vaxtını azaltmaq lazımdır. Gün ərzində ekran vaxtının hesablanması çox önəmlidir. Biz psixoloqlar, seanslarda da psixoloji yardım edərkən müəyyən bir mənfi vərdişi saymağı tövsiyə edirik. Saydıqca mənfi vərdişləri get-gedə azaltmağa başlayır. Bu yolla biz pis vərdişimizdən nisbətən uzaqlaşa bilərik. Ən əsası, real insanlarla kommunikativ əlaqələr qurmaq, daimi ünsiyyətdə olmaq çox vacibdir. Bacardığımız qədər ailəmizlə və dostlarımızla, iş kollektivimizlə daha çox vaxt keçirmək lazımdır”, - deyə Zöhrə İslamzadə əlavə edib.

 

 

Psixoterapevt: Texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır –  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb