Biləsuvarda narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər götürülüb VİDEO
Biləsuvar, 27 may, AZƏRTAC
Biləsuvar polisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib və 38 yaşlı Elnur Məmmədovu saxlayıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan, ümumilikdə, 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.