Azərbaycan Dövlət İnformasiya Agentliyi

Risklə üz-üzə qəhrəmanlar: FHN-in xilasediciləri VİDEO

Bu gün FHN-in işçilərinin peşə bayramı günüdür

Bakı, 16 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Bu gün - dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri peşə bayramlarını qeyd edirlər. Bu nazirlik yarandığı gündən ölkədə əhalinin təhlükəsizliyinin təmin olunması, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi və xilasetmə əməliyyatlarının həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. FHN-in əməkdaşları istənilən hava şəraitində, gecə-gündüz demədən, yüksək risk altında xidmət aparırlar. Onlar zəlzələlər, sel və daşqınlar, yol-nəqliyyat hadisələri, uçqunlar, qaz partlayışları zamanı insan həyatını xilas etmək üçün operativ şəkildə hadisə yerinə cəlb olunurlar. Bu peşə yalnız fiziki hazırlıq deyil, eyni zamanda, güclü psixoloji dözümlülük, cəsarət və vətənpərvərlik tələb edir.

AZƏRTAC FHN işçilərinin peşə bayramı günü münasibətilə hazırladığı reportajı təqdim edir.

İlk ünvanımız FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi oldu. Burada təhlükə ilə üz-üzə qalan, lakin insan həyatını hər şeydən üstün tutan xilasedicilərin gündəlik fəaliyyəti ilə tanış olduq.

Artıq 19 ildir ki, FHN-in sıralarında xilasedici kimi xidmət edən Kəmalə Qəhrəmanova bu sahədə öz izini qoymuş peşəkarlardandır. O, FHN-də çalışan ilk qadın xilasedici olmaqla yanaşı, eyni zamanda, bu çətin və riskli peşədə qadın iradəsinin, cəsarətinin və dözümlülüyünün bariz nümunəsidir. Kəmalə xanımın xilasedicilik yolunu seçməsi təsadüfi deyil, həyatının keçdiyi çətin mərhələlərin məntiqi davamıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Kəmalə Qəhrəmanova həmin illərin ona təkcə döyüş təcrübəsi deyil, həm də insan talelərinə qarşı daha həssas yanaşma, məsuliyyət və möhkəm xarakter qazandırdığını deyir: “Müharibə insanı həm ruhən, həm də psixoloji cəhətdən yetişdirir. Orada öyrəndim ki, hər an qərar vermək, qorxmamaq və başqaları üçün məsuliyyət daşımaq lazımdır. FHN-ə işə qəbul elanını eşidəndə sanki içimdən bir səs dedi ki, bu peşə mənim yolumdur. 2007-ci ildə sənədlərimi təqdim etdim və həmin gündən bu şərəfli xidmətə başladım”.

Xidmət müddətində o, təbii fəlakətlərdən tutmuş ağır yol-nəqliyyat hadisələrinə, partlayışlara və dağıntılara qədər saysız-hesabsız xilasetmə əməliyyatlarında iştirak edib. Kəmalə xanım bildirir ki, xilasedicilik yalnız fiziki güc və texniki bacarıqla ölçülmür, bu peşə böyük psixoloji dözümlülük və güclü iradə tələb edir: “Hadisə yerinə daxil olanda insanın qarşısına çox ağır mənzərələr çıxır. Bunlardan təsirlənməmək mümkün deyil. Amma biz emosiyalarımızı idarə etməyə, soyuqqanlı olmağa öyrənmişik. Çalışıram ki, ağır xatirələri yaddaşımdan silim, daha çox sonu xoş bitən hadisələri xatırlayım. Xüsusilə uşaqlarla bağlı xilasetmə əməliyyatları mənim üçün tamamilə fərqlidir”.

Onun sözlərinə görə, dağıntılar altından sağ çıxarılan hər bir uşaq yeni həyat deməkdir: “Bir uşağı xilas etmək təkcə bir insanı deyil, bütöv ailəni sevindirməkdir. Dağıntılar altından bir uşağı sağ çıxarmaq, onun nəfəs aldığını görmək insana yaşadığı bütün çətinlikləri unutdurur. Həmin anlarda hiss etdiyim duyğuları sözlə ifadə etmək isə çox çətindir”,- deyə Kəmalə xanım əlavə edir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ehtiyat xilasedicilər dəstəsinin Ehtiyatlı xilasetmə qrupunun rəisi Rəfail Nuriyev də bu çətin, lakin şərəfli peşəyə həyatını həsr edən xilasedicilərdəndir. Artıq 20 ilə yaxındır ki, FHN-də xidmət edən Rəfail Nuriyev deyir ki, xilasedicilik daimi hazırlıq, nizam-intizam və fədakarlıq tələb edir: “Bizim xilasedicilər istənilən hava şəraitində - istər şaxtalı qış günlərində, istərsə də yayın qızmar istisində hər gün təlimlər keçirik. Çünki fövqəladə hadisələr vaxt və şərait seçmir. Biz hər an çağırışa hazır olmalıyıq”.

Onun sözlərinə görə, bu peşəni seçən hər kəs onu ürəkdən sevməli və daşıdığı məsuliyyəti dərk etməlidir: “Mən özümdən sonra bu yolu seçən gənclərə həmişə deyirəm ki, bu peşəni sevərək, qürurla icra edin. Çünki bizim işimiz birbaşa insan həyatı ilə bağlıdır. Burada laqeydliyə yer yoxdur”.

Rəfail Nuriyev illər əvvəl baş verən və yaddaşına dərin iz salan yol-nəqliyyat hadisəsini xüsusilə xatırlayır. Qatarla avtomobilin toqquşması nəticəsində ata və iki övladının avtomobildə sıxışıb qaldığı həmin hadisədə xilasedicilərin operativ müdaxiləsi faciənin qarşısını alıb: “Hadisə yerinə çatanda vəziyyət çox ağır idi. Maşın deformasiyaya uğramışdı, içəridə insanlar sıxışıb qalmışdılar. Bütün gücümüzü səfərbər edərək ata və iki övladını xilas etdik. Həmin ailənin sağaldıqdan sonra gəlib, bizə təşəkkür etməsi, gözlərindəki sevinc və minnətdarlıq mənim üçün ən böyük mükafat oldu. Onların dediyi bir “sağ olun” mənim bütün xidmət illərimə bərabər idi. Bu cür hadisələr insanı seçdiyi peşə ilə daha da qürurlandırır və doğru yolda olduğunu göstərir”.

Daha sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə üz tutduq. Burada fövqəladə hallarda insan həyatının xilas edilməsində mühüm rol oynayan xilasedici itlərin gündəlik fəaliyyəti, onların təlim prosesi və əməliyyatlara hazırlıq mərhələləri ilə yaxından tanış olduq. İlk baxışdan sakit və itaətkar görünən bu itlər fövqəladə hadisə zamanı peşəkar xilasedici qədər məsuliyyət daşıyırlar.

Kinoloji taborun kinoloji qrupunun rəisi kapitan Aslan Orucov bildirdi ki, taborun fəaliyyəti bir neçə mühüm istiqaməti əhatə edir və hər bir istiqamət üzrə xüsusi təlim keçmiş itlər cəlb olunur: “Kinoloji taborumuz, əsasən, beş istiqamət üzrə fəaliyyət göstərir. Bunlara canlı insan axtarışı, cəsəd axtarışı, partlayıcı maddələrin aşkarlanması, mühafizə xidməti və xüsusi tapşırıqlar daxildir. Hər bir istiqamət üzrə itlər fərqli metodlarla hazırlanır və xüsusi bacarıqlara yiyələndirilir”.

Kapitanın sözlərinə görə, xilasedici itlərin hazırlanması çox erkən yaşdan başlanır və bu proses uzunmüddətli, mərhələli şəkildə aparılır: “İtlərimiz 2 aylığından təlimə cəlb olunur. Onlara fərdi təlimçilər təhkim edilir və 7–8 aylığına qədər intensiv məşqlər keçirilir. Bu müddətdə itlərin fiziki hazırlığı, itaətkarlığı və diqqət toplama bacarığı formalaşdırılır. Ən vacib mərhələlərdən biri isə sosiallaşmadır. Çünki hadisə yerlərində müxtəlif səslər, izdiham, texnika və stres faktorları olur. Sosiallaşmış itlər bu mühitdə daha rahat işləyir”.

Aslan Orucov qeyd edib ki, itlərin hansı sahəyə daha uyğun olduğu da məhz bu mərhələdə müəyyən edilir və onlar gələcək xidmət istiqamətlərinə uyğun ixtisaslaşdırılır. Hazırda kinoloji taborun itləri yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də xilasetmə əməliyyatlarında uğurla iştirak edir: “İşğaldan azad edilmiş ərazilərdə mina axtarışlarında kinoloji itlərimizdən aktiv şəkildə istifadə olunur. Onlar minaların və partlayıcı maddələrin aşkarlanmasında olduqca effektivdir. Eyni zamanda, Türkiyənin Hatay bölgəsində baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycan xilasedici itləri axtarış-xilasetmə əməliyyatlarında yaxından iştirak edərək öz peşəkarlıqlarını bir daha sübut ediblər”.

Xidmətin Pirotexnik və istehkam hazırlıq şöbəsinin rəisinin baş köməkçisi kapitan Anar Bayramov isə mina təmizləmə qruplarının fəaliyyəti və onların istifadə etdiyi texniki vasitələr barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, çevik mina təmizləmə qrupları ölkə ərazisində aşkar edilən müxtəlif növ partlayıcı maddələrin operativ və təhlükəsiz şəkildə zərərsizləşdirilməsini həyata keçirir: “Minatəmizləmə qruplarımız daxil olan məlumat əsasında dərhal hadisə yerinə cəlb olunur. Əsas məqsədimiz əhalinin təhlükəsizliyini təmin etmək və mümkün risklərin qarşısını vaxtında almaqdır. Həmçinin bu prosesdə müasir texniki avadanlıqlar xüsusi rol oynayır. Bizim ixtiyarımızda “Viktoriya” markalı xüsusi konteynerlər, partlayıcı maddələrin məsafədən zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş “Vanquard” robotu, MAN TGM 13.240 4x4 markalı xüsusi təyinatlı avtomobillər və digər müasir texniki vasitələr mövcuddur. Bu texnika əməkdaşlarımızın təhlükəsizliyini maksimum səviyyədə təmin edir və əməliyyatların daha dəqiq icrasına imkan yaradır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da FHN-in yaradılması haqqında Sərəncam imzalayıb. FHN-in əməkdaşları builki peşə bayramlarını isə xüsusi əhvali-ruhiyyədə qeyd edirlər. Nazirliyin əməkdaşları ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazırdır. Yanğın alovlarının içində, dağıntıların altında, mina təhlükəsi olan ərazilərdə, sel və daşqınlarda ilk olaraq məhz xilasedicilər görünürlər. Onlar təhlükənin ölçüsünü deyil, xilas ediləcək həyatın dəyərini düşünürlər.

Peşə bayramı münasibətilə riskin qarşısında sinəsini sipər edən, gecə-gündüz demədən xidmət aparan bütün xilasediciləri, yanğınsöndürənləri, pirotexnikləri, kinoloqları və bu şərəfli missiyaya xidmət edən hər bir FHN əməkdaşını təbrik edirik.

 

 

Risklə üz-üzə qəhrəmanlar: FHN-in xilasediciləri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Sabah gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir

Gələcəyin əmək bazarına hazırlıq: “4Sİ Akademiyası - Milli Proqram” daha bir il uzadılır

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlayıb

Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır

Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur

Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Hesablama Palatasının iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib