Komitə sədrinin müavini: Məişət zorakılığı ilə mübarizə üzrə qanunvericilik əhəmiyyətli dərəcədə təkmilləşdirilib VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 2010-cu ildə qəbul edilib və ötən dövrdə bu sahədə mühüm qanunvericilik dəyişiklikləri həyata keçirilib. Ümumilikdə 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş mətbuat konfransında söyləyib.
O bildirib ki, qanunun əhatə etdiyi subyektlər dairəsi genişləndirilib, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]