Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli alimə ehtiram: Professor Qəhrəman Qəhrəmanovun 100 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 18 dekabr, Göyçək Mahmudlu, foto Nicat Haşımov, AZƏRTAC

Dekabrın 18-də Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, “Şöhrət” ordenli, tibb elmləri doktoru, professor Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Vətənimizin bütövlüyü və gələcəyi naminə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış mühüm bir ənənə olduğunu deyən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirib: "Həmin ənənəyə əsasən, xalqımızın, elmimizin, təhsilimizin və səhiyyəmizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyətlərin xatirəsi daim ehtiramla yad edilir, yubileyləri yüksək səviyyədə keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə Azərbaycan Tibb Universitetində də ardıcıl şəkildə qorunur və yaşadılır".

Professor Gəray Gəraybəyli çıxışında Qəhrəman Qəhrəmanovun həyat və fəaliyyətinə nəzər salaraq onu Azərbaycan tibb elminin korifeylərindən biri kimi səciyyələndirib. Qeyd edib ki, neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı olan Qəhrəman Qəhrəmanov bütün şərəfli ömrünü tibb elminin inkişafına, elmi həqiqətlərin üzə çıxarılmasına və gənc nəslin yetişdirilməsinə həsr edib: “1925-ci il dekabrın 26-da Zəngəzur mahalının Qafan rayonunun Qaradağlı kəndində dünyaya gələn Qəhrəman Qəhrəmanov saf əqidəsi, yüksək mənəvi keyfiyyətləri və zəngin intellekti ilə hər zaman örnək bir ziyalı idi. Gənclik illərində qarşısına çıxan görkəmli alimlər – Bahadur Eyvazov, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, Abdulla Qarayev və Əhəd Həsənov kimi şəxsiyyətlərin elmi və mənəvi təsiri onun elm yolunu düzgün müəyyənləşdirməsində mühüm rol oynayıb. Bir vaxtlar cərrah olmağı düşünən Qəhrəman Qəhrəmanov sonradan ömrünü fiziologiya elminin inkişafına həsr etməyi daha məqsədəuyğun hesab edib və bu seçim Azərbaycan tibb elmi üçün böyük qazanc olub. 1950-ci illərdən etibarən apardığı tədqiqatlar elmi ictimaiyyətdə böyük maraq doğurub. Azərbaycan Tibb İnstitutunu “qırmızı diplom”la bitirən Qəhrəman Qəhrəmanov 1958-ci ildə professor Abdulla Qarayevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Onun bu işi interoreseptorlar və maddələr mübadiləsi sahəsində aparılan sonrakı tədqiqatlar üçün mühüm elmi baza yaradıb. Uzun illər Normal fiziologiya kafedrasında çalışan alimin elmi-pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilib. O, “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, bir sıra orden və medallar, o cümlədən müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeni ilə təltif edilib”.

Professor Qəhrəman Qəhrəmanovun çoxsaylı elmi məqalələrin, monoqrafiyaların və dərsliklərin müəllifi olduğunu xatırladan rektor, xüsusilə, onun 2001-ci ildə nəşr edilən “Beynin və ürəyin sirlərinə pəncərələr” kitabının bu gün də fiziologiya sahəsində dəyərli mənbə kimi istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Qəhrəman Qəhrəmanov yalnız alim deyil, həm də geniş dünyagörüşə malik ensiklopedik bilikli bir ziyalı idi: “O, mühazirələrində tibb və fiziologiyanın ən son nailiyyətlərini tarix, fəlsəfə, poeziya və ədəbiyyatla ustalıqla əlaqələndirir, Nizami, Nəsimi, Tusi, Əl-Fərabi, İbn Sina kimi dahilərin fikirlərinə müraciət edərək tələbələrinə təkcə bilik deyil, həm də həyat fəlsəfəsi aşılayırdı”.

Konfransda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov professorun böyük elmi məktəb yaratdığını vurğulayaraq qeyd edib ki, Qəhrəman Qəhrəmanov ömrünün sonuna qədər fiziologiya sahəsində çalışıb, fəaliyyət göstərib, elmi-tədqiqat işləri aparıb, kitablar çap etdirib: “Hər bir tədqiqatçının, böyük alimin fəaliyyətinin zirvəsi onun yaratdığı elmi məktəbdir. Qəhrəman Qəhrəmanov da, sözün əsl mənasında, böyük bir elmi məktəb yaradıb və hesab edirəm ki, belə böyük alimlərimizin, mütəxəssislərimizin yubileylərinin keçirilməsi vacibdir. Çünki gənc nəsil elmimizin, səhiyyəmizin, təhsilimizin keçmişini yaxşı bilməlidir. Adətən belə insanlar haqqında danışanda həmişə deyirəm ki, bütün ömrünü öz xalqına, Vətəninə həsr etmiş insanların ömrü o xalqların ömrü qədərdir. Professor Qəhrəman Qəhrəmanov da məhz belə şəxsiyyətlərdəndir”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə Qəhrəman Qəhrəmanovun tələbəsi kimi xatirələrini bölüşərək, onun mürəkkəb fiziologiya elmini sadə və anlaşılan dildə izah etmək bacarığını xüsusi qeyd edib: “Qəhrəman müəllim bizə insan fiziologiyası fənni üzrə dərs deyirdi. İnsan fiziologiyası çox mürəkkəb bir elmdir. Əslində, fiziologiya insanın həyatıdır. Bizim fiziki və psixi sağlamlığımız fiziologiyadır. Bu elmin müasir nailiyyətlərinə baxmayaraq, hələ də qaranlıq məqamları qalır və hər il yeni kəşflər çıxır. Qəhrəman müəllim mürəkkəb elmi, insan fiziologiyasını biz tələbələrə asan, bizim başa düşə biləcəyimiz dildə izah edirdi və mühazirələri çox maraqlı keçirdi. Qəhrəman müəllim öz mühazirələrində, təbii ki, fiziologiyadan, elmi məsələlərdən, öz eksperimentlərindən, xüsusilə də elmi rəhbəri Anokin və onun təcrübəsindən maraqlı hadisələr danışardı. O vaxt internet yox idi, Qəhrəman müəllimin mühazirələri bizə fantastik məlumatlar kimi gəlirdi. Amma mühazirələr zamanı həm də ədəbiyyatdan, Azərbaycan tarixindən danışır, şeirlərdən misralar deyir və bunu fiziologiya ilə uzlaşdırırdı. Qəhrəman müəllimin əziz xatirəsinə belə bir möhtəşəm konfransın təşkil olunmasına görə universitetin rəhbərliyinə də təşəkkür edirəm”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ATU-nun Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədov görkəmli alimin həyat və elmi irsinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Professorlar İbadulla Ağayev və Paşa Qəlbinur xatirə çıxışlarında Qəhrəman Qəhrəmanovun Azərbaycan tibb elminə verdiyi əvəzsiz töhfələrdən danışıblar.

Konfrans zamanı professorun həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli filmin təqdimatı da keçirilib.

Qəhrəman Qəhrəmanovun ailə üzvləri adından çıxış edən oğlu, professor Aydın Qəhrəmanov atasının xatirəsinə göstərilən bu ehtirama görə universitetin rəhbərliyinə, o cümlədən tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Elmi-praktik konfransın işi sessiyalarla davam edib.

 

Görkəmli alimə ehtiram: Professor Qəhrəman Qəhrəmanovun 100 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir VİDEO

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir VİDEO

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə