İcma sədri: Qərbi Azərbaycana qayıdış məsələsi il ərzində yerli və beynəlxalq platformalarda 9 dəfə qaldırılıb VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Üç il ərzində Qərbi Azərbaycan İcması olaraq bir çox mühüm uğurlara imza ata bildik. Xüsusilə qeyd etmək istəyirəm ki, son bir ildə Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini ardıcıl şəkildə gündəmdə saxlayıb. Bu proses dövlətimizin başçısının yanvarın 7-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibə ilə başlayıb və dekabrın 5-də Qərbi Azərbaycan İcmasının 3-cü beynəlxalq konfransına ünvanladığı müraciətlə davam edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
“Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, il ərzində 9 dəfə yerli və beynəlxalq platformalarda Qərbi Azərbaycana qayıdış məsələsi qaldırılıb.
“Bu fakt onu göstərir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, diplomatiyasının və xarici siyasətinin real və prioritet istiqamətidir”, - deyə Əziz Ələkbərli əlavə edib.